• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsxana rəisi işdən çıxarıldı - YENİLƏNİB

Həbsxana rəisi işdən çıxarıldı - YENİLƏNİB
29.05.2020 04:12
Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinin rəisi vəzifəsindən azad olunub.

Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev vəzifədən çıxarılıb və onun yerinə 16 saylı CÇM-in rəisi gətirilib.


13 saylı cəzaçəkmə müəssisəsində adları "siyasi məhuslar" siyahısında çəkilən şəxslər  çəza saxlanıllıb və burada şəraitin qənaətbəxş olmaması barədə hüquqmüdafiəçiləri dəfələrlə məsələ qaldırıblar.  Belə ki, keçmiş səhiyyə naziri Əli İnsanov və beynəlxalq təşkilatların siyasi məhbus saydığı Tofiq Yaqublu, Anar Məmmədli, İlkin Rüstəmzadə, Fərəc Kərimli, Əbdül Əbilov və Pərviz Həşimli bu cəzaçəkmə müəssisəsində həbsdə olub.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin atası Asəf Məmmədov bu  cəzaçəkmə müəssisəsində otaqların insan nəfəsi ilə isindiyini deyir. O deyir ki, oğlu ondan tez-tez həbsxanaya qalın, isti paltar göndərməyi xahiş edirmiş.

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublunun sözlərinə görə isə, cəzaçəkmə müəssisəsində işıq tet-tez sönür, generatorlardan isə qənaətlə istifadə olunduğundan işıq zəif olur.

"Həbsxanadakı qurğular hamısı sovetlərdən qaldığına görə zəif külək əsən kimi orda naqillər qırılır və işıq kəsilir”, - deyən Nigar Yaqublu bu problemlərin xüsusən soyuq aylarda təkrar olunduğunu vurğulayır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol