• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Universitetlərə qəbul asanlaşdırılmalıdır

Deputat: Universitetlərə qəbul asanlaşdırılmalıdır
06.05.2019 18:30
Təhsil sahəsində islahatların olacağı ilə bağlı cənab Prezident bir müddət öncə anons verib. Heç bir şübhə yoxdur ki, bunun ardınca islahatlar paketi, prosesin necə keçməsi texnologiyası açıqlanacaq. Bu islahatlar günün tələblərinə cavab verəcək və hər birimizin maraqlarına uyğun olacaq.


Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.


Onun sözlərinə görə, hər bir vətəndaş təhsillə bu və ya digər dərəcədə bağlıdır və təhsilin necə olması tək bu günün deyil, gələcəyimizin təminatçısıdır.


Millət vəkili deyib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də dünyanın qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiq edilməsində maraqlıdır.


"Burada həm dövlət, həm də özəl təhsil müəssisələrinin birgə, yanaşı fəaliyyət göstərməsi, rəqabətin mövcud olması çox vacib bir məsələdir. İkincisi, burada ən vacib məsələ ali təhsilin daha çox insanı əhatə etməsi məsələsidir.


Bunun üçün universitetlərə sərbəstlik verilməlidir, qəbul asanlaşdırılmalıdır. Ancaq bununla belə, universitet daxilində semestr imtahanları çətinləşdirilməlidir.


Tələbənin gələcəkdə yaxşı mütəxəssis olması tələbləri sərtləşdirilməlidir və ali məktəbi bitirməyin özü çətin bir prosesin nəticəsi olmalıdır. Bu baxımdan, hesab edirəm ki, belə bir formada alınan diplom artıq öz nüfuzunu artırmış olacaq.


Eyni zamanda, həm orta məktəbləri, həm kollecləri, həm universitetləri bir dəfə bitirməklə müəyyən dərəcədə təhsil qazanmaq formasını, praktikasını qəbul etmək yetərli olmaz. İnsan bütün həyatı boyu təhsil  almağa maraqlı olmalıdır.


Ona görə insanların həm öz ixtisası, çalışdığı sahə üzrə, həm də özünün intellektual səviyyəsini qaldırmaq üçün əlavə təhsil almasına, müəyyən kurslar keçməsinə, əlavə fakültələr bitirməsinə dəstək vermək lazımdır.


Şübhəsiz, burada təhsil müəssisələrinin maddi-texniki bazası, təhsil işçilərinin əməkhaqlarının yüksək olması çox vacib bir rol oynayır. Elə bir sistem yaradılmalıdır ki, ali məktəbləri əla qiymətlərlə bitirənlər universitetlərdə müəllim kimi qalıb işləməyi özləri üçün daha prestijli, daha əhəmiyyətli bir seçim hesab etsinlər.


Bir sözlə, Azərbaycanda artıq müəyyən bir təcrübə toplanıb və bu baxımdan, biz islahatların özü ilə açıqlamaları gözləyirik”, - deyə A.Mirzəzadə əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol