• $
  • €
  • ₽
  • ₺
  • £

"Pop-korn" satan gənc özünə yeni iş tapdı

"Pop-korn" satan gənc özünə yeni iş tapdı
10.05.2019 18:20
Azneft meydanının yaxınlığındakı keçiddə "pop-korn" satan gənc İsrafil Seyfullayevlə əlaqə saxlanılıb və ona təhsillə bağlı imkanlar təqdim edilib.


Anews.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.


Onun sözlərinə görə, 17 yaşlı İsrafil hazırda işlədiyini deyib. 


"O, bizim təhsillə bağlı təkliflərimizi dəyərləndirəcəyini və yaxın zamanlara bizə məlumat verəcəyini bildirib". 


Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov "Azneft" meydanı yaxınlığında yeraltı keçiddə "pop-korn" satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat həmin şəxsin keçiddən uzaqlaşdırılması barədə məlumat paylaşmışdı.


Araşdırma zamanı məlum olub ki, həmin gənc Seyfullayev İsrafil Vüqar oğludur. 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol