• $
  • €
  • ₽
  • ₺
  • £

Araq zavodu açan, qoyun otaran sabiq prezidentlər…

Araq zavodu açan, qoyun otaran sabiq prezidentlər…
12.05.2019 10:48
Mixail Saakaşvili ABŞ-da "Çaça” içkisi istehsal edir, Əhmədinejat çobanlıq edir, Abdulla Gül yeni partiya qurur…
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-ın Pensilvaniya ştatında yeni zavod açıb. Bu barədə Saakaşvili özü məlumat yayıb. Yeni zavod "Çaça” istehsal edəcək. Saakaşvili həmçinin bildirib ki, bu zavod Pensilvaniyadakı gürcülərin toplanma məkanı da olacaq. "Çaça” Gürcüstanın milli içkisidir.
"Mişa” Gürcüstan və Ukrayna siyasətində özünü sınadıqdan sonra ABŞ-da içki istehsalına baş vurmaq qərarına gəlib. Amma özünə siyasətdən kənar məşğuliyyət tapan sabiq prezident təkcə Saakaşvili deyil.
"Yeni Müsavat” xəbər verir ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejat hazırda aktiv şəkildə ictimai-siyasi fəaliyyətini davam etdirir. Bir müddət əvvəl media yazmışdı ki, Əhmədinejat çobanlıq edirmiş.

O, vəzifədən getdikdən sonra doğma kəndinə qayıdıb, sadə kəndli həyatı yaşayır, qoyun otarır. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləyib. Təhsilini də burada alıb. Professor elmi dərəcəsi var.
Bir qədər müəllim işlədikdən sonra Əhmədinejad özünü siyasətdə sınamaq qərarına gəlir.

Türkiyənin keçmiş prezidenti Abdulla Gülün siyasi karyerasını reabilitasiya etməkdə olduğu, yeni partiya yaradacağı barədə proqnozlar səslənir. Ancaq özünün partiya qurub yola çıxmaq yerinə, Əli Babacanın ümumi başçılığı boynuna götürəcəyi bir partiya yaratdığı söylənilir.

Ermənistanın devrilmiş sabiq prezidenti Serj Sərkisyan isə müəyyən qədər siyasi fəallığını saxlamağa, yenidən nüfuz qazanmağa çalışır. Sərkisyan həm də Ermənistan Şahmat Federasiyasının başçısıdır.

Bundan başqa, müstəqil Rusiyada indiyə qədər cəmi iki prezident olub. Boris Yeltsin və Vladimir Putin. Yeltsin 2007-ci ildə 76 yaşında dünyasını dəyişib. O, 1991-ci ildən 1999-cu ilədək Rusiyanın prezidenti olub. Sonrakı illərdə isə aktiv siyasətlə məşğul olmayıb.
 
Viktor Yanukoviç
 
Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviç isə gitarada ifa etməyi çox sevirdi. O, bir dəfə ölkə jurnalistlərini evinə qonaq dəvət edəndə onlar üçün gitarada mahnı ifa etmişdi. Hazırda Rusiyada yaşayır və dövlət mühafizəsi ilə təmin edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol