• $
  • €
  • ₽
  • ₺
  • £

21 yaşlı oğlan 8 yaşlı qonşusuna təcavüz etdi - Məhkəmə zalından reportaj

21 yaşlı oğlan 8 yaşlı qonşusuna təcavüz etdi - Məhkəmə zalından reportaj
29.05.2020 06:28
Ağstafa rayonunda 8 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Vahid Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azyaşlıya zorakılıq

Anews.az xəbər verir ki, Vahid Babayev həmyerlisi, 2011-ci il təvəllüdlü Səlim Cavadov ilə cinsi əlaqədə olmaq qərarına gəlib.
Bu məqsədlə Vahid Babayev Səlim Cavadovu özünün atası Həmidlə birlikdə yaşadığı fərdi yaşayış evinə aparıb. O, evdə Səlim Cavadovun köməksiz vəziyyətindən istifadə edərək, ona qarşı zorakılıq göstərib.

Cinsi əlaqə

Daha sonra Vahid Babayev Səlim Cavadovun paltarlarını soyundurub. O, daha sonra qeyri-təbii yolla azyaşlı ilə cinsi əlaqədə olub.
Cinsi əlaqədə olan zaman Səlim Cavadov Vahid Babayevin üstündən düşməsini istəyib. Amma Vahid Babayev güc göstərərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İttiham

İstintaq orqanı tərəfindən Vahid Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə ittiham elan edilib.

9 il cəza

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Faiq Mahmudovun sədrliyilə baş tutan prosesdə cinayət işinin detalları araşdırılıb.
Hakim heyəti araşdırma zamanı Vahid Babayevin azyaşlıya qarşı törətdiyi cinayət əməlini tam sübuta yetirib. Məhkəmənin hökmü ilə Vahid Babayevin barəsində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Seksual manyak cəzadan niyə narazı qaldı?

Hökmdən narazı qalan Vahid Babayev apelyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsi tərəfindən barəsində sərt cəza təyin edildiyini göstərib. Cəzasının yüngülləşdirilməsini xahiş edib.

Vahid Babayevin barəsində toplanan şikayət materialı araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Əlizamin Abdullayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin olunmayıb.
Məhkum hakimdən nə xahiş etdi?

Bu qərardan narazı qalan Vahid Babayev
kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılmağa başlanılıb.
Bu günlərdə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən Vahid Babayev hakimə müraciət edib. O, kasasiya şikayətinə baxılmamasını, geri qaytarılmasını xahiş edib.

Bu səbəbdən hakim heyəti Vahid Babayevin şikayətinin araşdırılmasını dayandırıb. İş baxışdan çıxarılaraq geri qaytarılıb.(publika.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol