• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələrə - ŞAD XƏBƏR

Tələbələrə - ŞAD XƏBƏR
15.05.2019 13:33
"İki qız qalacağıq, bir nəfər axtarılır”, "Otaq yoldaşı axtarıram” və s. sözlərini tələbələrdən tez-tez eşidirik.
Azərbaycanda çoxsaylı universitet fəaliyyət göstərsə də, yataqxana problemi hələ də tam olaraq həllini tapmayıb.

Təhsil eksperti Kamran Əsədov mətbuata açıqlamasında bildirib ki, problemin həllində özəl yataqxana təcrübəsindən yararlanmaq lazımdır:
"Yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri isə öz yataqxanalarının qayğısına qalaraq təmir edib, müasirləşdirib. Lakin buna baxmayaraq, yataqxanaya ehtiyac yenə də qalmaqdadır. Bu ehtiyacın aradan qaldırılması üçün özəl yataqxanalar tikilə bilər. Dünya təcrübəsinə əsasən, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Eyni zamanda, dünyanın aparıcı universitetləri  kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib, pul da qazana bilərlər. Tələbənin bu şəraitdə heç bir problemi olmur. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Lakin hələ də təklif kimi qalıb".

Ekspertin fikrincə, yataqxana probleminin həllində iş adamlarının rolu da əhəmiyyətli ola bilər:
"İş adamları yataqxana tikib, tələbələrin ixtiyarına verə bilər. Bu işdə dövlətin də onlara kömək etməsi lazımdır.  Məsələn, dövlət  torpaq sahələrini pulsuz verə bilər. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə bilər. Bu metod universitetlərə də gəlir gətirə bilər”.

Təhsil Nazirliyindən sorğumuza verilən cavaba görə, hazırda tələbələrin yataqxana probleminin həlli ilə bağlı əsaslı işlər görülür:
"Respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 157 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 120 947 ( bakalavr), 11 740 ( magistr) nəfər Bakıda təhsil alır. 
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni 800 yerlik yataqxanası istismara hazırdır. Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik olan üç  yataqxanasının əsaslı təmir işləri başlanılıb. Sumqayıt Dövlət Universitetinin 264 yerlik  yataqxanasının əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanır və cari ildə başlanması nəzərdə tutulub. Bununla yanaşı, Asiya İnkişaf Bankının dəstəyi ilə İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət-Özəl sektor Tərəfdaşlığı vasitəsi ilə Bakı Dövlət Universiteti və ADNSU üçün tələbə yataqxanalarının tikintisi üzrə Texniki Yardım layihəsi həyata keçirilir".(redaktor.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol