• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısından Ermənistanda əsir düşən Dilqəmin oğluna gözlənilməz hərəkət - ƏLİNDƏN ALDI

İcra başçısından Ermənistanda əsir düşən Dilqəmin oğluna gözlənilməz hərəkət - ƏLİNDƏN ALDI
18.05.2019 13:50
Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova məxsus torpaq sahəsini əlindən alır.

Anews.az xəbər verir ki, bu haqda Modern.az saytına Kürdoğlu Əsgərov məlumat verib.O bildirib ki, 5 il bundan qabaq icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir. Qeyd edib ki, buna görə dəfələrlə müraciət etsə də, icra hakimiyyəti müqaviləni yeniləmir.  
"Məqsədləri isə budur ki, mənə məxsus ərazini türk şirkətlərinə külli miqdarda vəsait qarşılığında satsınlar. Aidiyyatı dövlət qurumlarından xahiş edirəm ki, bu məsələyə münasibət bildirsinlər. Şəmkir rayon icra başçısına yerini bildirsinlər ki, mənim atam Dilqəm Əsgərov bu vətən uğrunda canlı-canlı çürüyərkən icra başçısı mənim torpağımı əlimdən alır.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin qondarma "məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 
"Apellyasiya Məhkəməsi” bu qərarı qüvvədə saxlayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol