• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı meriyası hərəkətə keçdi – Evlərə paketlər paylanıb – FOTO

Bakı meriyası hərəkətə keçdi – Evlərə paketlər paylanıb – FOTO
29.05.2020 08:30
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nərimanov rayonundakı məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirir.

BŞİH-dən Anews.az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə birgə paytaxtda həyata keçirilən yeni layihə - bərk məişət tullantılarının yığılması,


daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı sakinlərə məlumat verilib.

Bildirilib ki, iyul ayının 10-dan etibarən konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start veriləcək.

Qeyd olunub ki, Avropanın əksər dövlətlərində tullantıların çeşidlənməsi işləri aparılır, bu da təmizlik, ekoloji şəraitin yaxşılaşdırılması və iqtisadi səmərə əldə olunmasına köməklik göstərir.

Rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.



Bu konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdədir. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılmalıdır.

Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanılır.

Bütün proses sakinlərə əyani şəkildə izah olunur. Görüşlərdə sakinlərə broşyuralar paylanılır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, həmçinin mənzillərə də bukletlər çatdırılır.


Təbliğat və izahetmə işlərinin KİV-lərdə də aparılmasına başlanılır.

Bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaq. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol