• $
  • €
  • ₽
  • ₺
  • £

Maştağada qəribə yırtıcı peyda oldu - Foto

Maştağada qəribə yırtıcı peyda oldu - Foto
29.05.2020 06:31
Maştağa sakinləri qəsəbənin Ləiş bağları ərazisində qeyri-adi heyvan tutublar.


Anews.az xəbər verir ki, bu barədə Axar.az-a qəsəbə sakinləri məlumat verib. Bədən hissəsi yarasaya oxşayan tünd qəhvəyi rəngli heyvanı sakinlər bir neçə gün izləyəndən sonra tuta biliblər. Sakinlərin sözlərinə görə, qeyri-adi heyvanın çəkisi təxminən 40-45 kiloqrama qədərdir.


Sakinlər bir neçə gün qəsəbədə qoyunların yoxa çıxmasından narahat olub. Əvvəlcə qoyunların oğurlandığını fikirləşən sakinlər daha sonra gecə boyunca yatmayaraq heyvanları izləyiblər. Nəticədə belə bir heyvanın qoyunları oğurladığının şahidi olublar. Sakinlər heyvanı qovmaq üçün onun üstünə itləri açıb buraxsa da, itlər ona yaxınlaşa bilməyib.


Bu səbəbdən sakinlər özləri qeyri-adi heyvanı zərərsizləşdirməyə çalışıb. Sakinlərə hücum etdiyindən onu öldürmək məcburiyyətində qalıblar.


Sakinlər bildirir ki, heyvan qəribə səslər çıxarıb, ona hücum edən itlərin üstünə ilan kimi fısıldayıb:


"İtlər çıxardığı səsə görə ona yaxınlaşa bilmədi. Tükürpədici səslər çıxarır. Ulayırdı sanki. Birinci elə bildik, yarasadı. Ancaq bu qədər böyük yarasa olmur və burada da belə heyvan görməmişik heç vaxt. Üzü də yarasaya oxşamır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol