• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Ərdoğanı ölümdən necə xilas etdi? - ŞOK HADİSƏLƏRİN TƏFƏRRÜATLARI / Video

Putin Ərdoğanı ölümdən necə xilas etdi? - ŞOK HADİSƏLƏRİN TƏFƏRRÜATLARI / Video
29.05.2020 03:05
Türkiyədə hərbi çevrilişə cəhd hadisələrindən 3 il keçir. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi.

Özünü "Yurdda Sülh Konseyi” adlandıran bir qrup, Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT televiziyasında yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, "TRT haber”, Hakim Ədalət və İnkişaf partiyasının Ankara qərargahı zəbt olundu.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi girov götürüldü. Türkiyə Böyük Millət Məclisi havadan atəşə məruz qaldı. 248 nəfər şəhid oldu. 2196 nəfərsə yaralandı. Qiyamçı hərbçilərin zərərsizləşdirilməsi üçün təşkil olunan əks əməliyyat zamanı 104 üsyançı hərbçi öldürüldü, girovlar azad edildi.

Qiyamçı hərbçilərin əsas məqsədi prezident Rəcəb Tayyib Ərdoğanı girov götürmək və ya öldürmək idi. Lakin dövlət başçısı daha cəld hərəkət edərək, Marmarisdəki oteli tərk etdi. 62 dəqiqə sonra xüsusi təyinatlı qiyamçılar həmin otelə hücum etdilər. Ərdoğanın təyyarəylə bölgədən uzaqlaşdığını güman edən üsyançılar, uçuşları nəzarətə götürdülər. Bu məqsədlə qırıcılar Ankara və İstanbul səmalarında uçuşlar həyata keçirirdilər. Məlumata görə, Ərdoğanın təyyarəsi havada 3 dəfə qırıcılarla üz-üzə gəlib. Lakin pilot qülləyə laynerin sərnişin təyyarəsi olduğunu deyərək, dövlət başçısını təhlükədən yayındırıb. 

Həmin gün baş verən hadisələrlə bağlı hələ də qaranlıq qalan bəzi məqamlar var.
Maraqlıdır ki, qiyamçılar hərbi çevrilişi gecə 3 radələrinə təyin etmişdi. Lakin onlar axşam 22:00 radələrində hərəkətə keçməli oldular. İddialara görə, buna səbəb Moskvanın Ərdoğanı hərbi çevrilişə cəhdin olacağı barədə xəbərdar etməsidir. Rusiyanın Suriyadakı hərbi bazasında olan əsgərlər, Türkiyə bazalarındakı danışıqları dinləyərək, ciddi hərəkətliliyin olduğu barədə Moskvaya məlumat verib. Moskva bu barədə dərhal Ərdoğanı xəbərdar edib. Bundan sonra hökumətin qabaqlayıcı tədbirlər görəcəyindən narahat olan üsyançılar, daha tez hərəkətə keçmək məcburiyyətində qalıblar.

Hətta iddia edilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarına hərbi dəstək də təklif edib. Lakin Ərdoğan təklifi dəyərləndirməkdə tələsməyib. Bəlkə də hadisələr Ərdoğanın əleyhinə cərəyan etsəydi, Rusiya qırıcılarını Türkiyə səmalarında görmək gözlənilməz olmazdı. Üsyançıların hərəkətə keçməsindən sonra Ərdoğan dərhal İstanbula getdi. Burda xalqa müraciət edən dövlət başçısı, onları küçələrə çıxmağa çağırdı.

Qiyamçılar bütün planları düzgün qurmuşdu. Lakin onlar cəsur türk xalqının küçələrə çıxaraq, canlarını tanklar qarşısında qalxan edəcəyini nəzərə almamışdılar. Türklər həmin gün yeni tarix yazdı. Dumlupınarda, Sakaryada, Çanaqqalada olduğu kimi... 






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol