• $
  • €
  • ₽
  • ₺
  • £

TAP kəməri iki mərhələyə tam gücünə çatdırıla bilər

TAP kəməri iki mərhələyə tam gücünə çatdırıla bilər
28.05.2020 23:39
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ən azından iki mərhələyə tam gücünə çatdırıla bilər.

TAP konsorsiumundan "APA-Economics”ə verilən məlumata görə, hazırda qaz kəmərinin tikintisinin birinci fazası yerinə yetirilir. Birinci faza çərçivəsində işlər bitəndən sonra kəmər vasitəsilə ildə 10 mlrd. kubmetr qaz nəql etmək mümkün olacaq.

Məlumata əsasən, kəmərin tam gücünə, yəni 20 mlrd. kubmetrə çatdırılması isə bazarda olan tələbatdan asılı olaraq ən azı iki mərhələdə həyata keçiriləcək. Kəmərin genişləndirilməsi eyni kəmərdə yeni kompressor stansiyaları əlavə etməklə iqtisadi cəhətdən səmərəli şəkildə həyata keçirilə bilər.

"TAP-ın mərhələlərlə qurulması planlaşdırılıb”, - deyə TAP-dan bildirilib.
Qeyd edək ki, TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək "market-test”in (bazar sınaqları) birinci mərhələsində iştirak etmək üçün sənəd qəbulu elan edir. "Market-test”ə bu ilin iyul ayının 1-də start verilib. Gələcəkdə bu proses tədarükçülərə kəmərin artırıla biləcək nəqletmə imkanlarından istifadə etməyə və kəmərin genişləndirilməsinə şərait yaradacaq.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb. TAP-ın inşasına başlanılandan bəri 88,5%-i işlər yekunlaşıb.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol