• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin tapşırığı ilə bu bina sakinləri köçürülür - Eldar Əzizov hadisə yerində

Prezidentin tapşırığı ilə bu bina sakinləri köçürülür - Eldar Əzizov hadisə yerində
29.05.2020 07:59
Ölkə başçısı İlham Əliyevin tapşırıqları və Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir. 

Bakı Şəhər İcra Hakimiyyətindən Anews.az-a verilən məlumata görə, müvafiq dövlət qurumlarının apardıqları araşdırmalara əsasən paytaxtın müxtəlif rayonlarında 17 ədəd belə bina müəyyənləşdirilib və bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanıb.
Qəzalı vəziyyətində olan binalardan biri də Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli  binadır. Bina 1889-cu ildə inşa edilib və uzun müddət əsaslı təmir olunmadığından qəzalı, yaşayış üçün yararsız vəziyyətə düşüb.

Vaxtı ilə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə  bina qəzalı hesab edilərək sakinlərin oradan köçürülməsinə başlanıb. Həmin ildə binadan 23 ailə köçürülüb, sonradan isə işlər yarımçıq qaldığından burada boşalmış mənzillər məcburi köçkünlər tətəfindən zəbt olunub. 

Son illərdə binada vəziyyət daha da ağırlaşıb, 2011 və 2017-ci illərdə  Fövqəladə Hallar Nazirliyi, "Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləyib, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunub. 
Hazırda binadan sakinlərin köçürülməsi işləri davam edir. Bununla əlaqədar bəzi sakinlər ayrılan kömpensasiyaların onları qane etməmələri və digər tələblər irəli sürərək öz narazılıqlarını bildiriblər. 

Ölkə başçısı İlham Əliyevin və birinci Vitse-prezident Mehriban Əliyevanın məsələyə dair tapşırıqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəzalı binada olub, burada yaşayan sakinlər və məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə yaxından tanış olub, istək və arzularını dinləyiblər.
Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulayaraq bildirib ki, buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması  ilə bağlıdır və  vətəndaşlara ödəniləcək vəsait kompensasiya deyil, maddi yardım kimi qiymətləndirilməlidir: "Sözügedən bu binada sakinlərin köçürülməsi  ilə bağlı ödəniləcək məbləğ şəhər üzrə maksimum həddə müəyyən edilib”.

Görüşdə edilən müraciətlərlə bağlı yaşayış sahələrinin yenidən ölçülməsi ilə bağlı  müvafiq tapşırıq verildi. Eyni zamanda binada məskunlaşmış məcburi köçkünlərin yerləşdirilməsi və bu zaman onların arzu və istəklərinin nəzərə alınması ilə bağlı Dövlətqaçqınkoma müraciət edilib. 

Eldar Əzizov bildirib ki, Birinci Vitse-Prezident Mehriban Əliyeva tərəfindən bu bunada həyata keçiriləcək köçürmə işlərinin tez bir zamanda, vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırılar verilib, məsələ nəzarətə götürülüb. Həmçinin sakinlərə bildirilib ki, söküləcək binanın yerində hər hansı çoxmərtəbəli bina və ya ticarət obyektinin inşası nəzərdə tutulmayıb. 
2 saatdan çox çəkən görüşdə  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərə mövcud Qanunvericiliyə uyğun olaraq real imkanlar dxilində hər cür köməklik göstəriləcəyini, binada köçürülmə işlərinin nəzarətdə saxlanılacağını qeyd edib. Sakinlər görüşdən razı qaldıqlarını bildiriblər.






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol