• $
  • €
  • ₽
  • ₺
  • £

İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı

İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı
28.05.2020 22:01
Səbael Rayon Məhkəməsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda "İnterpol” xətti ilə axtarışda olan "Akula Akif” ləqəbli Akif Mustafayevin "Mars-M” şirkətinə qarşı iddiasını təmin edib.
 
 "Yeni Musavat" məlumatına görə, bu həmin "Akula Akif”dir ki, Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra Azərbaycandan qaçmışdı. Hazırda Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.

"Akula”nın sxeminə əsasən, MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyib və həbs edirdi. Bu zaman "Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun "xilas edilməsini” həyata keçirirmiş.


Lakin proses bununla da yekunlaşmırdı. "Akula” MTN-dən "xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün "krışalıq” edirdi və onların biznesinə 25-30 faiz payla şərik olurmuş. Onun "Mars-M” şirkətində 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğu bilinmir. Belə məlumatlar var ki, Akif Mustafayev "Mars-M” şirkətinin təsisçiləri olan Bəşirov qardaşlarının qaynıdır. Hazırda qardaşlardan Mərhəmət Bəşirov həbsdədir. Arif Bəşirov isə dünyasını dəyişib. Akif Mustafayevin adından Səbayel Məhkəməsinə sübut kimi təqdim edilən, onun "Mars-M” şirkətinin 25 faizlik payını almasına dair kağızda isə Arif Bəşirovun adı var. Həmin kağıza görə Arif Bəşirov şirkətin 25 faizini Akif Mustafayevə 7 milyon 500 min dollara satıb.


Qardaşlardan Loğman Bəşirov isə mətbuata açıqlamasında alqı-satqıdan məlumatsız olduğunu, məhkəməyə sənəd kimi təqdim olunan kağızların heç bir hüquqi qüvvəsinin olmadığını deyib. Bundan başqa şirkətin hesabına 2009-cu ildən bu yana Akif Mustafayevin 7 milyon 500 min dollar köçürülmədiyini qeyd edib.


Mərhəmət Bəşirovu həbsə aparan məsələ haqda da maraqlı məlumatlar var.


"Mars-M” şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi "Yasmin” biznes mərkəzi bu gün də məhkəmələrdə mübahisə obyektidir. Belə ki, bina inşa olunandan sonra Mərhəmət Bəşirov oradakı mağazaları 22 nəfər iş adamından ümumilikdə 17 milyon dollar  almaqla onlara satıb. İş adamları orada mağazaları özlərinin bizneslərinə uyğunlaşdırıb işə başlayandan bir qədər sonra məlum olub ki, Mərhəmət Bəşirov ümumilikdə ticarət mərkəzini "Xalq Bank”a girov qoymaqla külli miqdarda pul götürüb və pulu banka qaytarmayıb. Bank məhkəməyə müraciət etməklə kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği il əvəzləşdirilməsini istəyib. Məhkəmə iddianı təmin edib. Lakin çıxarılan hökmdə iş adamları Afət Ağazadənin, Sahib Quliyevin, Azər Mahmudovun, Akif Mahmudovun, Fuad Ramazanovun, Natəvan Bağırovanın, Əliağa Məmmədovun, Anar Hüseynovun, Zülfüqar Kazımovun, Yalçın Məlikovun, Adil Məmmədovun, Ədalət Zamanovun, Vüqar Həsənovun, Elçin Əliyevin, Qalıb Məmmədovun pullarının hansı hesabdan qaytarılmasına aydınlıq gətirilməyib.


İş adamları ölkə rəhbərliyinə ünvanladıqları müraciətlərdə yazırlar ki, "Mars-M” firmasından (VÖEN 1500418111) Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi zirzəmi və 5 mərtəbədən ibarət qeyri-yaşayış binasından, daha çox 2009-cu il tarixdə olmaqla, 2009-2013-cü illərdə müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin milyonlarla qiymətləndirilən dəyərini tam ödəməklə alıblar.


"Bir çoxumuz həmin qeyri-yaşayış sahələrini, külli miqdarda pul xərcləyərək təmir etdirmişik və öz fəaliyyətimizlə bağlı təyinatına uyğun istifadə etmişik. Lakin, təəssüf ki, ”Mars-M" firmasının və "Xalq Bank” ASC-nin bəzi vəzifəli şəxslərinin çirkin niyyətlə qurduqları və icra etdikləri plan nəticəsində hazırda əmlakımızdan məhrum olmuşuq. Əmlakı faktiki olaraq ələ keçirmiş "Xalq Bank” ASC binaya mühafizə yerləşdirməklə, bizim sahələrimizə girişimizə, qanuni F97748EF BD18 4F0B 8C7E C3CFF5522C9Fəsaslarla aldığımız əmlakımızdan təyinatına uyğun istifadə etməyimizə mane olmaqla yanaşı, illər əvvəl "Mars-M” firması ilə qurduğu kredit-ipoteka oyununun son mərhələsi olan məhkəmə mərhələsində əmlakımızı ələ keçirməsini leqallaşdırmaqla məşğuldur. Onlarla vətəndaşın milyonlarla dəyərində olan əmlakından məhrum olmasına görə isə, yalnız bir nəfər - "Mars-M” firmasının təsisçisi Mərhəmət Bəşirov cinayət məsuliyyətinə cəlb edilməklə, guya qanunsuzluğa hüquqi qiymət verildi və qanunsuzluğu etmiş şəxs məsuliyyətə cəlb olundu görüntüsü yaradıldı. Bu da "Xalq Bank” ASC-nin qurduğu oyunun bir hissəsidir: cinayət işi məhz onun müraciəti əsasında başlanılıb və qanunsuzluğun bir tərəfi olmasına baxmayaraq, özünü zərərçəkmiş şəxs (?!) qismində tanıda bilib. Əslində, həm qanunsuzluğa düzgün hüquqi qiymət verilməyib, həm də bu qanunsuzluğu etmiş "Mars-M” firmasının digər vəzifəli şəxsləri, o cümlədən "Xalq Bank” ASC-nin aidiyyəti vəzifəli şəxsləri məsuliyyətdən tamamilə kənarda qalıblar" -deyə iş adamları müraciətlərində yazırlar.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol