• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub

Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub
29.05.2020 01:47
Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qrup 77 (G-77) təşkilatının 43-cü illik iclasında iştirak edib.

APA xəbər verir ki, iclasda Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub.

Əsas məqsədi beynəlxalq inkişaf və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı birgə mövqedən çıxış etmək olan və sıralarında bu günədək 134 üzv ölkəni birləşdirən G77 iqtisadi və sosial məsələlər üzrə BMT-dən sonra dünyanın ən çox dövlətini bir araya gətirən birlikdir. BMT çərçivəsində fəaliyyət göstərən bu təşkilat inkişaf etməkdə olan ölkələrin mövqeyini, o cümlədən BMT-nin dayanaqlı inkişaf məqsədlərinin icrası istiqamətində inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək və bu istiqamətdə BMT-nin bütün qərargahlarında birgə mövqedən çıxış etmək məqsədini güdür.  

G77 qrupun iclasında çıxışı zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın bu təşkilata fəal töhfə verməyə hazır olduğunu və Qoşulmama Hərəkatına sədrliyi dövründə bu iki təşkilat arasındakı münasibətlərin və əlaqələndirmənin  inkişafı istiqamətində səylər göstərəcəyini bəyan edib.

Onun sözlərinə görə, bu, Azərbaycan Respublikası üçün tarixi bir gündür: "Sizin dəyərli dəstəyiniz və etimadınızla biz, ümumdünya iqtisadi və sosial inkişaf məsələsini irəli aparmaq məqsədi ilə bir araya gələn, BMT-dən sonra dünyanın ən böyük dövlətlər ittifaqının bir hissəsi olduq. Qrup 77-nin bütün üzvlərinə dəyərli dəstəyə görə təşəkkür edirəm. Qrupa qəbul olmaq sorğumuz ilə mükəmməl şəkildə məşğul olduğu üçün Fələstin Dövlətinə xüsusi minnətdarlığımı bildirirəm".

Nazir bildirib ki, qloballaşma prosesləri və iqtisadiyyatlar arasındakı qarşılıqlı asılılığın dərinləşməsi şəraitində Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi Birləşmiş Millətlər Təşkilatının hədəfləri və 2030 Dayanıqlı İnkişaf Gündəliyinin əsas komponentlərindən biri olan, həm inkişaf strategiyası, həm də inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirak etməsini təmin edən vasitə kimi vacib məsələyə çevrilib.

"Azərbaycan Qrup 77-nin iqtisadi əməkdaşlığın təşviqi yolu ilə davamlı inkişafın təmin edilməsi nəcib missiyasına fəal töhfə verməyə hazırdır. Yəqin bilirsiniz ki, Azərbaycan Respublikası 2019-cu ilin 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi edəcək və qarşıdan gələn 3 il ərzində Hərəkata sədrliyi üzərinə götürəcək. Sədrliyimizin prioritetlərindən biri BMT-nin ən böyük iki ölkələr qrupu arasında daha yaxşı qarşılıqlı fəaliyyəti qurmaq məqsədilə, Qoşulmama Hərəkatı - G77 əlaqələndirmə mexanizminin, yəni Birgə Əlaqələndirmə Komitəsinin canlandırılması olacaq.

Bir daha bütün G-77 üzv dövlətlərinə dəyərli dəstəklərinə görə təşəkkür edirəm və sizin hamınızla işləməyi səbrsizliklə gözləyirəm", - deyə E.Məmmədyarov qeyd edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol