• $
  • €
  • ₽
  • ₺
  • £

Cavid Hacıyevin qətlinin yeni DETALLARI

Cavid Hacıyevin qətlinin yeni DETALLARI
29.05.2020 07:12
Ukraynada öldürülən azərbaycanlı tələbə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Anews.az xəbər verir ki, adisə ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycanın Ukraynadakı diasporunun rəhbəri Hikmət Cavadov qətllə bağlı bir sıra detalların üstünü açıb:
"Hadisəni törətdiyi deyilən şəxs mərhum Cavid Hacıyevlə birinci kursda eyni qrupda oxuyub. Sonradan o, universitetdən qovulub. Buna baxmayaraq, onların araları yaxşı olub, daim münasibət qurublar. Şübhəli bilinən şəxs Almaniyadan Ukraynaya gəlib və Cavid Hacıyevlə bir mənzildə kirayədə yaşayıblar. Məhz bundan 2-3 gün sonra da otaqda gəncin nəşi tapıldı.

Qətlin kim tərəfindən törədilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Ancaq mərhum Cavid Hacıyevin nəşi tapılana qədər şübhəli bilinən şəxs Ukrayna sərhədindən Moldovaya qaçıb. Bu da onun qatil olması ilə bağlı mərhumun ailəsinin irəli sürdüyü ittihamları daha da gücləndirir.
Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalar aparır. Cinayətin motivləri hələ də bəlli deyil”.

Hikmət Cavadov baş verən hadisə ilə bağlı Azərbaycan mediasına dərhal məlumat verilməməsinin səbəbini də açıqlayıb:
"Özümüz hadisə ilə bağlı Azərbaycan mediasına məlumat vermədik. Çünki mərhumun ailə üzvləri yaxınlarının ölümü ilə barışmayıb intihar edə bilərdilər. Ancaq meyitin tapıldığı gün Kiyev polisindən mərhumun anasına məlumat verilmişdi və o, hadisə yerinə gəlmişdi.
Bu hadisə ilə bağlı Azərbaycan Prokurorluğundan verilən notaya gəldikdə isə... Məncə, buna ehtiyac yox idi. Onsuz da baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları aidiyyəti üzrə addımlar atmalıdır və atır”.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Belə ki, İqtisad Universitetində magistr təhsili alan 23 yaşlı Cavid Hacıyevin Kiyevdə öz həmyerlimiz 23 yaşlı Əli Abdullayev tərəfindən öldürüldüyü iddia olunur.
Ukrayna KİV-in yazdığına görə, hadisə Çiqorin küçəsində baş verib və Cavidin nəşi üç gün sonra aşkarlanıb. Qonşuların evdən pis qoxu gəlməsi haqda şikayətindən sonra mənzilin giriş qapısını sındıran hüquq mühafizəçiləri otaqda bıçaq yaraları və çoxsaylı bədən xəsarətləri alan 23 yaşlı Azərbaycan vətəndaşının cəsədini aşkarlayıblar.

Oradan, eyni zamanda, benzinlə çalışan mişar, üç konistr yandırıcı maye, rezin maska, balta, torbalar və digər predmetlər götürülüb. Ehtimala görə, cinayətkar bu alətlərin köməyi ilə meyiti doğramağa və torbalara doldurub mənzildən çıxarmağa hazırlaşırmış.
Mərhum Cavid Hacıyev rəqqas imiş. Onun Azərbaycanın məşhur incəsənət xadimi Telman Hacıyevin nəvəsi olduğu bildirilir.
Anası isə Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyevadır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol