• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə pulsuz mənzillər verildi

Bu şəxslərə pulsuz mənzillər verildi
29.05.2020 05:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 40 mənzil təqdim edilib.

Anews.az APA-ya istinadla xəbər verir ki, yeni mənzillə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından, şəhid ailələrinin, əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdlərinin mütəmadi olaraq artırılmasından və cari ildə bu istiqamətdə inqilabi addımlar atılmasından məmnunluqla bəhs ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb. O, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, əlilliyi olan insanların, o cümlədən müharibə və 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Bu tədbirlərin davamı kimi, cari ildə Prezidentin təqaüdünün şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırıldığını, müharibə əlilləri və onlara bərabər tutulanlar üçün sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını deyib. Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi proqramının da artıq 96% icra olunduğunu, 11740 şəhidin 17500-ə yaxın vərəsəsinin ödəmə ilə təmin edildiyini bildirib.

V.Nəsirli qeyd edib ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 214 mənzil verilib. Beləliklə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6868 mənzil təqdim edilib.

Qeyd olunub ki, 2018-ci ildə 265 müharibə əlili nazirlik tərəfindən avtomobillə təmin olunub. Cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Ümumilikdə, həmin kateqoriyadan olanlara indiyədək 6400-dək minik avtomobili verilib.

İctimai təşkilatların rəhbərləri şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzillə təmin edilmələri sahəsində görülən ardıcıl işlərin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir nəticəsi olduğunu vurğulayıblar. Təqdim edilən 40 mənzilin 38-i şəhid ailələri və Qarabağ müharibəsi, 2-si 20 Yanvar əlillərinə verilib
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol