• $
  • €
  • ₽
  • ₺
  • £

Onlar ömrünün yarısını icra başçısı olub – Kresloda ağaran saçlar

Onlar ömrünün yarısını icra başçısı olub – Kresloda ağaran saçlar
28.05.2020 22:35
İqtidarın başlatdığı kadr dəyişiklikləri 20 ildən artıq icra başçısı vəzifəsini daşıyanların yeni kadrlarla əvəzlənməsilə ilə davam edə bilər. 


Bu gün Azərbaycanda uzun müddət icra başçısı olanların sayı o qədər də az deyil. Bu sırada ilk olaraq Xocavəndin icra başçısı Eyvaz Hüseynovun adını çəkmək olar. O, eks-prezident Əbülfəz Elçibəyin 2 iyul 1992-ci il sərəncamı ilə bu vəzifəyə təyin edilib. Beləliklə, Eyvaz Hüseynov 27 ildir ki, (33 yaşından) icra başçısı vəzifəsini daşıyır.


20 ildən artıq icra başçısı olanlardan biri də Qobustanın rəhbəri Adil Məmmədovdur. 1994-ci ildən bu yana icra başçısı vəzifəsi daşıyır. Bu müddət ərzində o, 4 rayona rəhbərlik edib – Oğuz, Qəbələ, Biləsuvar, Qobustan.


Siyəzənin icra başçısı Novruz Novruzovun isə 24 illik stajı var. O ilk dəfə 1995-ci ildə icra başçısı vəzifəsinə təyin edilib. İlk rəhbərlik etdiyi rayon Lerik olub. Bundan sonra o daha 3 rayonun icra başçısı olub – Goranboy (2002-2007), Şabran (2007-20019), Siyəzən (2019-indiyə qədər). 


Lənkəranın icra başçısı Taleh Qaraşov isə 23 ildir bu vəzifəni daşıyır. O, 1996-2002-ci illərdə Kürdəmirə, 2002-2006-cı illərdə Cəlilabada, 2006-2011-ci illərdə Neftçalaya, 2011-2012-ci illərdə Astaraya icra başçısı təyin edilib. 2012-ci ildən isə Lənkəranın rəhbəridir.


Qubadlının icra başçısı Malik İsaqov bu sırada sonuncudur. O, 21 ildir icra baçısıdır və eyni rayona rəhbərlik edir.
 
(Yenisabah)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol