• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-dan Xoşqədəm-Nazilə qalmaqalına cavab: "Gedin, işinizlə məşğul olun!" - AÇIQLAMA

BDU-dan Xoşqədəm-Nazilə qalmaqalına cavab: "Gedin, işinizlə məşğul olun!" - AÇIQLAMA
28.05.2020 23:16
Şairə Nazilə Səfərli telejurnalist Xoşqədəm Hidayətqızına qarşı ağır iddia irəli sürüb.

BAKU.WS xəbər verir ki, Səfərli BDU-da təhsil alan oğlunun vaxtilə qalmaqal yaşadığı Hidayətqızı tərəfindən izlənildiyini bildirib.

Şairə "İnstagram! hesabında paylaşadığı videoda bildirib ki, guya Xəzər TV-də yayımlanan "Səni axtarıram” proqramının aparıcısı oğlunu izlətdirir və onun haqqında məlumatlar toplatdırır. Şairə eyni zamanda bildirib ki, bu izləmədən ali təhsil müəssisəsinin dekanatlığında məlumat var.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynal Həsənalıyevdən N.Səfərlinin iddiasını uydurma adlandırıb və ümumiyyətlə, belə bir hadisənin olmadığını bildirib:

"İki qadın arasında baş verən məsələnin universitetə də aid edilməsinin tərəfdarı deyiləm. Mən heç kimə deməmişəm ki, hər hansı olaydan məlumatlıyam və s. Ümumiyyətlə, belə bir şey olmayıb. Çünki mən də Nazilə xanımla telefon əlaqəsi yaratdım, o isə məni tanımadığını, kim olduğumu soruşdu. Əgər onun dekanatlıqla əlaqəsi varsa, necə ola bilər ki, məni tanımasın? Ona görə də dedim ki, ay bala, gedin işinizlə-gücünüzlə məşğul olun, bu boyda təhsil ocağının adını lazımsız məsələlərə qatmayın”.

Dekan həmçinin onu da bildirdi ki, qarşı tərəf universiteti məhkəməyə verəcəyini də deyib:

"Məni gülmək tutdu, çünki mənimlə yanaşı müavinlərimiz də bu məsələni araşdırdıq və məlum oldu ki, ümumiyyətlə kimsəyə heç nə deyilməyib. Nazilə xanım dekanatlıqla ümumiyyətlə danışmayıb. Bu gün həmin tələbəni yanıma dəvət edib ondan izahat istəyəcəyəm və onun izlənmək və s. kimi iddialarını araşdıracağam”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol