• $
  • €
  • ₽
  • ₺
  • £

Mart ayında yanan "Diqlas"la bu gün yanan "EuroHome"u nə birləşdirir? - VİDEO

Mart ayında yanan "Diqlas"la bu gün yanan "EuroHome"u nə birləşdirir? - VİDEO
29.05.2020 07:20
Bu gün Binəqədi rayonu ərazisində - Bakı-Sumqayıt yolunun kənarında yerləşən "EuroHome" inşaat materialları bazarında güclü yanğın olub.

Yeniavaz.com xəbər verir ki, "EuroHome" MMC 02.07.1999-cu il tarixində dövlət qeyydiyyatına alınıb. Nizamnamə kapitalı 306 min 548 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Samir Lətif oğludur. Açıq intermet resurslarda yer alan məlumatlardan belə görünür ki, "EuroHome"un sahibi "AF-Holdinq"-in rəhbəri kimi təqdim edən Azay Möhnətovdur. Ticarət mərkəzinə faktiki rəhbəriyi isə İlyas Möhnətov həyata keçirib.  

Məlumat üçün bildirək ki, "EuroHome" MMC müstəqil şirkət olaraq dövlət qeydiyyatına alınsa da, "AF-Holdinq" şirkətlər qrupunun tərkibinə daxil olduğu bildirilir.  "AF-Holdinq"-in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, "EuroHome" MMC ilə birgə onlarla şirkət bu holdinqin tərkibində yer alıb. Holdinqin rəsmi səhifəsində qeyd olunur ki, 1989-cu ildə təsis olunan "AF General Trading" şirkəti ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, Holdinqin baş ofisi Bakıda yerləşir, Frankfurt və Londonda da flialları vardır. "AF Holdinq"ə daxil olan şirkətlərin siyahısı bunlardı:

-  "Everton"

-  "Uğur-97"

-  "AFSAN Plastik"

-  "AF Business House"

-  "AF Euro Home"

-  "AF Mall"

-  "AF Com Plaza"
 
-  "AF Com Center"

-  "Aqua Park Baku"

-  " Aqua Park Shikhov"

-  "AF Hotel Aqua Park"

Bundan başqa "AF-Holdinq"-in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, 2000-ci ildə "AF Bank" təsis edilib. Sonradan bu bank Rusiyanın VTB bankına satılıb.

Yanan ticarət mərkəzi ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, bu ilin mart ayında Nizami rayonu ərazisində yanan "Diqlas" ticarət mərkəzində zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərti ilə "AF-Holdinq"ə məxsus ticarət mərkəzlərində yerlər təklif olunub.

Belə ki, İqtisadiyyat Nazirliyi "Diqlas" ticarət mərkəzində zərər çəkən sahibkarlar üçün Dərnəgül şossesində yerləşən "EuroHome" tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında  dəyişən 30 mağaza, Təbriz küçəsində yerləşən "EuroHome Express"də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza, "AF-COM Plaza"da yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahədə hər biri 20 kv.m olmaqla bölmələr, S.Vurgun küçəsində yerləşn "AF-Center" ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza təklif edilib.

Əgər təklif olunan mağazalar sahibkarlar tərəfindən qəbul olunubsa, o zaman "Diqlas" ticarət mərkəzininin yanmasından sonra ən çox "qazanan" məhz "AF-Holdinq" şirkəti olub.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol