• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Qurbanov: “Mən yenə o insanlarla üz-üzə oturur, futbolumuzu müzakirə edirik”

Qurban Qurbanov: “Mən yenə o insanlarla üz-üzə oturur, futbolumuzu müzakirə edirik”
14.12.2019 19:00
"Millinin nəticələri barədə mənim fiasko, kimin gəlib-gəlməməsi barədə fikir bildirməyim düzgün olmaz. Çünki özüm yerli mütəxəssis kimi, bu komandada çalışmış, bir azərbaycanlı kimi oynamışam və bu gün də AFFA İcraiyyə Komitəsinin üzvüyəm".

Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda 10-cu dəfə ilin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra brifinq keçirib. O, yığmanın baş məşqçi axtarışı ilə bağlı sualını cavabsız qoyub: "İcraiyyə Komitəsində araşdırmalar bir qədər gizli olur. Xüsusən də, özüm millidə baş məşqçi olduğum üçün hər hansı fikir bildirməyim düzgün olmaz. Hamınız millidən də, "Qarabağ"dan da çox şey gözləyirsiniz. Bunların hamısı futbol prinsipləridir".

Qurbanov millidən ayrılma səbəbinə bir daha toxunub. O, uzunmüddətli müqaviləyə baxmayaraq, bir illik fəaliyyətdən sonra ayrılması barədə qərar qəbul olunduğunu söyləyib: "Özümü futbolda ayırmağı heç vaxt istəməmişəm. Hamımız azərbaycanlıyıq, futbolumuzun inkişafı naminə çalışırıq. Əvvəlcədən 6 illik proqramımız olmuşdu. Müqavilə isə 3 il müddətinə nəzərdə tutulmuşdu. Sadəcə, sonra ayrılmağımızı məsləhət bildilər. Bu haqda çox danışmaq istəmirəm.

AFFA İcraiyyə Komitəsinin iclasında özümlə bağlı müzakirələrə qatılmadım. Bu, bütün baş məşqçilər üçün belədir. Məsələn, ötən gün Nikola Yurçeviç yığmadakı taleyinin müzakirə olunduğu iclasda iştirak etmədi. O, sonradan gələrək, fikirlərini bildirdi. Müzakirələrdən sonra mənimlə yollarını ayırdıqlarını bildirdikdə, bunu normal qarşıladım. Özüm həm klubda, həm də millidə çalışmağa razılaşmışdım. Amma İcraiyyə Komitəsi yollarımızın ayrılmasını qərara aldı. Mən də hər birinə təşəkkür etdim, görüşüb sağollaşdım. Çıxdım, gəldim və yollar ayrıldı. Çünki bu, bizim iş prinsiplərimizdən biridir. Mən yenə o insanlarla üz-üzə oturur, futbolumuzu müzakirə edirik. Mən tərəflər dedikdə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Özümü ayırmaq istəməzdim. Hamımız üçün bir mövzu var: futbolumuzun inkişafına mümkün qədər tez nail olmaq".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol