• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA mətbuatı qida zəhərlənmələri ilə bağlı yalan məlumatlar yaymamağa çağırıb

AQTA mətbuatı qida zəhərlənmələri ilə bağlı yalan məlumatlar yaymamağa çağırıb
29.05.2020 09:17
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi xəbər saytlarını qida zəhərlənmələri ilə bağlı təsdiq olunmamış məlumatlar yaymamağa çağırıb
Qurumdan "Report"a verilən məlumatda bildirilir ki, bir müddət əvvəl AQTA tərəfindən heç bir ekspertiza rəyi olmadan, səhhətində problem yaranmış şəxslərdən alınan ilkin məlumatlar əsasında bəzi xəbər saytlarında tələm-tələsik "qida zəhərlənməsi” başlığı altında yanlış məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq olunub. 

"Ancaq təəssüf ki, buna baxmayaraq ötən həftə yenidən Qusarda bir ailənin 8 üzvünün və digər 3 nəfərin guya qidadan zəhərlənməsi ilə bağlı yanlış məlumatlar bəzi mətbuat səhifələrində yer aldı. Həmin hadisələrlə bağlı Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində, eyni zamanda Qusar Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş rəsmi məlumatda hər iki hadisənin qida zəhərlənməsi olmadığı öz təsdiqini tapdı.
 
Məlum olmuşdur ki, həmin şəxslər xəstəxanaya həzm orqanlarında pozğunluqla bağlı müraciət etmiş və onlara ümumiyyətlə Rayon Mərkəzi Xəstəxanası tərəfindən qida zəhərlənməsi diaqnozu qoyulmamışdır. Hər iki fakt üzrə müraciət edən şəxslərə simptomatik yardım göstərilmiş və stabil vəziyyətdə evə buraxılmışlar. Son hadisələrdən də göründüyü kimi faktlara söykənməyən və bu kimi yarımçıq məlumatların yayılması məsələyə qeyri-peşəkar yanaşmaqla yanaşı, ucuz reytinq qazanmaq və insanlar arasında yersiz təşviş yaratmağa hesablanıb. Agentlik bir daha bəyan edir ki, istənilən halda ekspertiza rəyi olmadan hansısa yarımçıq məlumatın media vasitəsilə yayılması yolverilməzdir: "Bütün bunlar göstərir ki, bu kimi yanlışlıqların bir daha baş verməməsi üçün vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, kütləvi informasiya vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir", - məlumatda qeyd olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol