• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO

Oqtay Gülalıyevin səhhətində ciddi dəyişiklik - VİDEO
29.05.2020 09:03

Türkiyədəki "American Hastanesi"ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində ciddi irəliləyiş var.
Modern.az   xəbər verir ki, bu barədə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı sosial şəbəkə hesabında məlumat yayıb.

Ə.Zeynallı bu gün O.Gülalıyevi ziyarət etdiyini bildirib: "Bu gün İstanbulda yaşayan dostumuz Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisi, dostumuz Oktay Gülalıyevi ziyarət etdik. Çox nikbin ayrıldıq. Uzun-uzun saz musiqisi dinlətdik Oktaya. Bizi hiss elədi, gözlərini açdı, ağzını tərpətdi, açdı, əlini oynatdı - sanki bizimlə danışmaq istəyirdi. Ürəyimiz dəfələrlə hopladı. Oktay bəy sanki dediklərimizi anlayır, bizə cavab vermək istəyirdi. Onunla xeyli danışdıq, səsimizi eşitdi elə bil, diqqət kəsildi bizə.

Mən Oktay bəyi ilk dəfədir gördüm və inandım ki, bu möhkəm insan tezliklə aramıza qayıdacaq. 3 videoçəkiliş apardım, sırasıyla yayınlayacam və Oktayın saza verdiyi reaksiya qanınızı donduracaq. Allah böyükdür və inanıram ki, Oktay bəy bu zorluqlardan keçərək aramıza qayıdacaq.

Dualarımız Oktay bəylədir!”
 
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyəyə aparılıb və orada müalicəsi davam etdirilir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol