Türkiyədə DƏHŞƏTLİ HADİSƏ: 8-i uşaq olmaqla 12 nəfər öldü

Türkiyənin İzmir şəhəri sahillərinə qayığın batması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Ölənlərin 8-i uşaqdır.
Publika.az yerli mənbələrə istinadən xəbər verir ki, xilasedicilər 8 nəfəri son anda boğulmaqdan xilas edə biliblər. Məlumata görə, axşam saatlarında sakinlər sahildən bir neçə metr məsafədə qışqırıq səsləri eşidiblər. Dərhal əraziyə polis və xilasedicilər cəlb ediliblər.
www.anews.az
























