• $
  • €
  • ₽
  • ₺
  • £

Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik

Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik
29.05.2020 03:04
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri, 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Saleh Soltanovun namizədliyinin qeydə alınmaması ilə bağlı müraciətinə baxılıb.

Anews.az xəbər verir ki, iddiaçı yaşadığı problemlə əlaqədar Mərkəzi Seçki Komisssiyasına teleqram vurduğunu, həmçinin dəfələrlə qurumun Qaynar Xəttinə müraciət etdiyini qeyd edib.

İclasda iştirak edən Müsavatın seçki qərargahının sədri Gülağa Aslanlı söz istəyərək sözügedən dairədə bir çox qanun pozuntularının yaşandığını və MSK-nın müraciətlərə cavab vermədiyini vurğulayıb. Müzakirə əsnasında G. Aslanlı ilə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.

Son olaraq M. Pənahov şikayətin əsassız olduğunu bildirib: "Sizin köhnə Mərkəzi Seçki Komissiyasının üzvü olduğunu nəzərə alaraq söz verdim, ancaq sizin şikayətçinin əvəzinə danışmaq hüququnuz yoxdur. Bizim də əsəbimizin həddi var. Məntiqli formada bildirilmiş bütün iradları nəzərə almağa hazırıq”.

Qanunvericiliklə müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədiyinə görə, MSK onun müraciətini təmin etməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.(qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol