• $
  • €
  • ₽
  • ₺
  • £

“AST Telman”ın qohumuna 8 il həbs: “Ferrari” qalmaqalı

“AST Telman”ın qohumuna 8 il həbs: “Ferrari” qalmaqalı
29.05.2020 08:44
"AST” Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılovun qohumuna hökm oxunub. 33 yaşlı Vüqar Babayev qonşusunun "Ferrari”sini satmaq adıyla onu aldatmaqda təqsirli bilinib.

Bizimyol.info xəbər verir ki, V.Babayevə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 177-ci (oğurluq) maddələrilə təqsirli bilinib. V.Babayev qonşunu aldatmaqla yanaşı, bir müddət kirayə qaldığı evdəki məişət əşyalarını da oğurlamaqda günahlandırılıb.
Lakin o, oğurluq ittihamını qəbul etmir. "Ferrari” ilə bağlı məsələyə gəlincə, özünü qismən təqsirli bilir.
"Ferrari”nin sahibi Azərbaycanın ən böyük alternativ enerji təminatçısı sayılan "Alten Group”un icraçı direktoru Elmar Heybətov olub. Onlar V.Babayevlə eyni binada yaşayıblar. V.Babayev binanın mühafizəçisindən eşidib ki, qonşusu "Ferrari”sini 230 min dollara satmaq istəyir. O, avtomobili almaq istədiyini bildirib. Deyib ki, pulun bir hissəsini bankdan götürəcək. Qonşu ona bu maşına görə etibarnamə verib. Əvvəlcə E.Heybətovun həyat yoldaşına 5 min dollar verib. Daha sonra pul verilməyib. Məsələyə E.Heybətovun tanışı olan hüquqşünas Aslan İsmayılov da müdaxilə edib, V.Babayevlə əvvəl telefonla danışıb, sonra görüşüb. Bundan sonra V.Babayev maşının pulundan 20 min bir, 15 min də bir olmaqla, 35 min dollar da qaytarıb. Qalan məbləğ verilmədiyinə görə E.Heybətov ondan polisə şikayət edib.
V.Babayev məhkəmədə bildirib ki, "AST Telman”ın qardaşı Çingiz İsmayılovun nəvəsidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol