• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxın daha bir kənddən qadın və uşaqlar çıxarıldı - Son xəbər

Qazaxın daha bir kənddən qadın və uşaqlar çıxarıldı - Son xəbər
29.05.2020 02:54
Qazaxın Bala Cəfərli kəndindən qadın, uşaq və yaşlılar çıxarılıb.Bu barədə Axar.az-a Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov məlumat verib. O, dünən ermənilərin atəşkəsi şiddətli şəkildə pozmasına görə insanların belə bir addım atdığını bildirib:“Bala Cəfərlidən artıq qadın, uşaq və yaşlılar çıxarılıb. Kənddə yalnız kişilər qalıb. Bala Cəfərli birbaşa ermənilərin ovucundadır. Yəni oradan istənilən atəş kənd üçün təhlükədir. Dünən vəziyyət o həddə idi ki, kənddə sürünərək hərəkət etmək məcburiyyətində qalırdın. Kişilər qadınları, uşaqları qorumaqdan ötrü rayona göndəriblər. Atışma səngiyən kimi onlar geri dönəcəklər. İndi Qazax istiqamətində vəziyyət normaldır. Atışma səsləri demək olar ki, kəsilib”. Rayonda insanların əhval-ruhiyyəsinin çox yüksək səviyyədə olduğunu bildirən Xamis Məsimov inanır ki, Azərbaycan Ordusu kəndi atəşdə saxlayan erməni mövqelərini birdəfəlik susduracaq.

Qeyd edək ki, bu gün Qazaxın Məzəm və Abbasbəyli kəndlərindən də qadınlarla uşaqların çıxarılması haqqında informasiya yayılmışdı. Lakin Qazax icra hakiminin müavini xəbərləri təkzib edərək, heç kəsin evini tərk etmədiyini rəsmən bəyan etdi.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol