• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusla mübarizə üçün ilk dərmanın istehsalına başlandı

Koronavirusla mübarizə üçün ilk dərmanın istehsalına başlandı
29.05.2020 10:50
Çinin şərqində Tayçjou əyalətində koronavirusla mübarizədə təsirli ola biləcək ilk dərmanın istehsalına başlanılıb.

Bu barədə "RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, "Zhejiang Hisun Pharmaceutical” şirkəti tərəfindən hazırlanmış "Faveylavey” dərmanı (əvvəllər "Favipiravir” ya da "Fapilavey”) Çinin Dövlət Dərman vəsaitlərinə və Qida məhsullarına nəzarət İdarəsi tərəfindən təsdiq olunub.

İstehsal edilən dərmanın koronavirusun müalicəsində və qarşısının alınmasında mühüm rol oynaya biləcəyi qeyd olunur.

Çin Elm və Texnologiya Nazirliyi yanında Milli Biotexnoloji İnkişaf Mərkəzinin direktoru Çjan Sinmin tədqiqatlar zamanı bir neçə növ dərmanın, o cümlədən "Remdesivir” və Yaponiyada istehsal olunan "Favipiravir” dərmanının koronavirusun müalicəsində klinik effekt göstərdiyini bildirib.

O, koronavirusa qarşı peyvəndin hazırlanmasını sürətləndirmək üçün müxtəlif texnoloji yanaşmalardan istifadə edildiyini və bir sıra peyvəndlərin artıq heyvanların üzərində sınaqdan keçirildiyini də diqqətə çatdırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol