• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir yol polisi postu köçürüldü — RƏSMİ

Azərbaycanda daha bir yol polisi postu köçürüldü — RƏSMİ
29.05.2020 10:54
Baş Dövlət Yol Polis İdarəsinin daha bir stasionar postu köçürülüb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, köçürülən post yeni tikilən Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun keçdiyi hissəyə düşdüyü üçün yeri dəyişdirilib:
"Həmin post Samur-Dəvəçi kanalının yanında olan (SDK postu) stasionar postdur. Həmin post yolun çəkildiyi hissəyə düşdüyündən sökülərək yeni yolun kənarına köçürülüb. Hazırda post yeni yerində fəaliyyətini davam etdirir".
Xatırladaq ki, bir müddət əvvəl Bakı-Ələt yolunda fəaliyyət göstərən Qaradağ stasionar postu Səngəçal qəsəbəsinə köçürülmüşdü.
Həmçinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postu (Ekologiya postu) sökülərək yeni yolun kənarına köçürüləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol