• $
  • €
  • ₽
  • ₺
  • £

Üzgüçülük beyinin inkişafını sürətləndirir

Üzgüçülük beyinin inkişafını sürətləndirir
29.05.2020 01:58
Müxtəlif idman növləri orqanizmimizə fərqli təsir göstərir. Çünki hər idman növü fərqli əzələlərə istiqamətlənir. 
Bu dəfə sizinlə üzgüçülük və onun faydaları haqqında danışmaq istəyirik. İdeal bədən və əzələ quruluşuna sahib olmağımız üçün üzgüçülük xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı üzgüçülük həm də beyin üçün faydalıdır. Bu qənaətə gəlmək üçün avstraliyalı mütəxəssislər uzunmüddətli təcrübə işləri aparıblar. Bu təcrübələrə rəhbərlik edən Avstraliya Universitetinin professoru Howardın sözlərinə görə, üzgüçülük beyində qanın yaxşı işləməsinə səbəb olur. Bədəndəki adrenalinin miqdarını yüksəldir ki, bu da damarları rahatlaşdırır. Davamlı idman hərəkəti edərkən insan bədənində temperaturun 30-32 dərəcəyə çatır. Bu isə öz növbəsində insanlarda qavrama qabiliyyətini inkişaf etdirir. Lakin mütəxəssislərin sözlərinə görə, üzgüçülüyün insan orqanizminə təsir göstərməsi üçün gündə ən azı 10 dəqiqə müddətində bu idmanla məşğul olmaq lazımdır. Əgər siz müntəzəm şəkildə bu idmanla məşğul olmur, iki-üç ayda yalnız bir-iki dəfə üzməyə vaxt ayırırsınızsa, tez zamanda uğurlu nəticə əldə etməyiniz mümkün deyil. Üzgüçülüklə məşğul olarkən əməl edilməli olan əsas qaydalardan biri də kifayət qədər maye qəbul etməkdir. Bu yolla biz itirdiyimiz enerjini tez zamanda bərpa edə bilirik.
 
Bütün bunlarla yanaşı üzmək eyni zamanda təzyiq və ürək problemi olan xəstələrə müsbət təsir edir. Üzgüçülükdən əvvəl və sonra edilən hərəkətlər isə əzələləri gücləndirir.
 
Ancaq unutmaq olmaz ki, üzgüçülüyün yuxarıda sadaladığımz faydaları ilə yanaşı, bəzi mənfi tərəfləri də var. Belə ki, bu idman növü xüsusi diqqət tələb edir. Bəzi hallarda insanların diqqətsizliyi nəticəsində üzgüçülükdən sonra onlarda spazma yarana bilir. Bu kimi təhlükələrdən uzaq olmaq üçün üzdükdən sonra saçları yaxşı qurulamaq, bədəni soyuqdan qorumaq lazımdır. (kishi.az)
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox