• $
  • €
  • ₽
  • ₺
  • £

Yol Polisindən sərt xəbərdarlıq: Sabahdan bu sürücülər cərimələnəcək - RƏSMİ

Yol Polisindən sərt xəbərdarlıq: Sabahdan bu sürücülər cərimələnəcək - RƏSMİ
29.05.2020 06:44
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil idarə edən zaman kəmər taxmayan sürücülərə xəbərdarlıq edib. 

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən kəmərlərin çıxarılması halları müəyyən edilərsə, məsuliyyətə cəlb ediləcəklər.

Belə ki, həmin nəqliyyat vasitəsini idarə edən sürücü kəmərlərin mövcud olduğu, lakin arxa və ya qabaq oturacaqdan asılı olmayaraq, hərəkət zamanı sərnişin tərəfindən istifadə edilməməsinə görə sərnişinlər inzibati məsuliyyət daşıyacaqlar.

"Sürücülər təhlükəsizlik kəmərlərini bağlamadıqları üçün İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə görə 40 manat cərimə olunurlar.
Sürücü təhlükəsizlik kəmərini çıxarıbsa, yaxud da idarə etdiyi avtomobilin təhlükəsizlik kəməri yararsız vəziyyətdədirsə, o zaman məsuliyyət sürücünün üzərindədir.

Bu halda sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, 50 manat cərimə olunacaqlar”, - deyə o qeyd edib.
K.Əliyev qeyd edib ki, kəmər varsa, avtomobildəki sərnişin onu bağlamırsa, İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən, 30 manat cərimə olunacaqlar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol