• $
  • €
  • ₽
  • ₺
  • £

“Allah bizdən üz döndərib” – Flora Kərimova

“Allah bizdən üz döndərib” – Flora Kərimova
29.05.2020 11:02
"Məni Allah qoruyur, özümü qorumağıma ehtiyac yoxdur”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Flora Kərimova koronavirus pandemiyası barədə danışarkən söyləyib. Virusun daha çox immunitet sistemi zəif olanları və yaşlılara yoluxmağına baxmayaraq, 78 yaşlı sənətçi koronavirus əleyhinə xüsusi bir tədbir görmədiyini bildirib: 
"Sözün düzü, özüm xüsusi bir tədbir görmürəm, ancaq qızım Yaqut məni qoruyur. O, çox tədbirlidir. Evdən bayıra çıxmıram, gəl-get azdır, demək olar ki, yox dərəcəsindədir. Hərəmiz öz işimizdəyik, qonaqlıqdan filan keçib. Səhhətim pis deyil. Bircə bu havalar məni nigaran qoyur, çünki bir az isti olsa, virus azalar. Ancaq limon yemək lazımdır. Hər çörək yeyəndən sonra limon yeyilməlidir. Çoxlu su içmək lazımdır. Amma nə istəyirsiz edin, gərək Allah qorusun. Allah qorumasa heç nə… Hamımız onun ümidindəyik, o da bizdən üz döndərib. İnsan həm də psixoloji olaraq qorunmalıdır. Heç nədən qorxmasan, koronavirus sənə nə edəcək?”. 

Xalq artisti virus azaldıqdan sonra yeni mahnılar yazdıracağını da açıqlayıb: "Hələ ki, virusa görə yeniliklər yoxdur. İnşallah virus bəlası bitsin, yeniliklər olacaq. Başımız ayılsın, görək nə edirik”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol