• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda karantin rejimini pozan yüzə yaxın şəxs cərimələndi

Sumqayıtda karantin rejimini pozan yüzə yaxın şəxs cərimələndi
29.05.2020 04:04
Sumqayıt şəhəri ərazisində də koronavirus pandemiyası ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir. 


Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, şəhərin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis, eləcə də daxili qoşunların əməkdaşları insanlarla profilaktik söhbətlər aparırılar. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Sumqayıt şəhərində bu gün 92 nəfər xüsusi karantin qaydalarını pozan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.


Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib.


Qeyd edək ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində küçə və prospektlərdə, parklarda insanların hərəkət tamamilə dayandırılıb. Yalnız zəruri ehtiyacları üçün küçələrə çıxan insanların və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.


Sumqayıt şəhərində polis və daxiili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol