• $
  • €
  • ₽
  • ₺
  • £

8103-ə yalan SMS yollayan 56 nəfər cəzalandırıldı

8103-ə yalan SMS yollayan 56 nəfər cəzalandırıldı
28.05.2020 22:15
Ötən sutka ərzində qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 qısa nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən 56 nəfərin şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, "Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" olan 8103 qısa nömrəsinə yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək üçün qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslər daxili işlər orqanlarının əməkdaşları tərəfindən qısa zamanda müəyyən ediliblər.

Bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər nəticəsində təkcə ötən sutka ərazində paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 56 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar polis idarə, şöbə və bölmələrinə gətiriliblər. Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə ediliblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Psossesual Məcəlləsinin 19-cu maddəsinə əsasən yaxın qohumlar dedikdə nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.

Bir daha diqqətə çatdıraq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi araşdırılır. Buna görə də vətəndaşlardan bu xidmətdən süi-istifadə hallarına yol verməmələri tələb olunur. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol