• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda ailə faciəsi: 2 ölü

Salyanda ailə faciəsi: 2 ölü
29.05.2020 04:28
Salyan rayonunda suda boğulma hadisəsi qeydə alınıb.

Salyan Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gün saat 19.00 radələrində Salyan rayon Babazənən yaşayış massivinin sakini, 44 yaşlı Azər Ağabəy oğlu Əliyev və onun qardaşı oğlu, 13 yaşlı Samir Şahin oğlu Əliyev  Kür çayında çimərkən faciə baş verib. Boğulan qardaşı oğlunu xilas etmək istəyən əmi özü də çayda batıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri uşağın meyiti çaydan çıxarıblar, A. Əliyevin meyitinin axtarışları davam etdirilir.    Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, 2002-ci il təvəllüdlü Şahin Sabir oğlu Əliyev və 1970-ci il təvəllüdlü Azər Ağabəy oğlu Əliyev Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Ş. Əliyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. A. Əliyevin cəsədinin axtarışı davam etdirilir. ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol