• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə sistemində çox ciddi problem yarana bilər - XƏBƏRDARLIQ

Səhiyyə sistemində çox ciddi problem yarana bilər - XƏBƏRDARLIQ
04.06.2020 15:48
"Azərbaycanda xəstəxanaların reanimasiya şöbələri dolub. Səhiyyə sistemində çox ciddi problem yarana bilər”.

Oxu.Az xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün ümumi yoluxmaların sayı 6 mini keçib:

"Xəstəxanalarımızda çarpayıların sayı azalmağa başlayır. Simptomatik vəziyyəti çox olmayan xəstələrin sayı artır. Eyni zamanda, xaricdən gəlmək istəyən şəxslər də var ki, onlar arasında virusa yoluxanlar da ola bilər. Söhbət yalnız koronavirusdan getmir. Dünya statistikası göstərir ki, son iki ay ərzində qeydə alınan əksər ölümlər koronavirus səbəbindən olub. Ötən il malyariya, onkologiya, ürək-damar, insult xəstələliklərindən qeydə alınan ölümlər liderlik edirdisə, bu il rekord göstərici koronavirus ölümləri ilə bağlıdır.

Sumqayıt şəhərində daha bir xəstəxana pandemiya ilə mübarizəyə ayrıldı. Bu digər xəstələrə tibbi xidmət göstərilməsində problem yarada bilər. Bizim şəkərli diabetdən əziyyət çəkən minlərlə xəstəmiz var. Eyni zamanda, bu vəziyyət dializ alan, ürək xəstəliklərindən əziyyət çəkən xəstələr üçün ciddi təhdiddir. Bunları nəzərə almaq və qaydalara ciddi riayət etmək lazımdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol