• $
  • €
  • ₽
  • ₺
  • £

190 manatla bağlı RƏSMİ AÇIQLAMA

190 manatla bağlı RƏSMİ AÇIQLAMA
11.06.2020 10:59
Pandemiyası səbəbindən ölkədə tətbiq olunan xüsusi karantin rejiminin biznesə və  vətəndaşlara vurduğu iqtisadi ziyanı qarşılamaq üçün dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirildi. Xüsusən də işsiz qalan əhaliyə 190 manat birdəfəlik ödənişlərin iki ay müddətində verilməsi 600 min nəfər vətəndaşı əhatə etdi. Hazırda karantin rejimi qismən yuşaldılmaqla davam etsə də, hələ də fəaliyyətinə icaz verilməyən sahələr var. Belə olduğu təqdirdə həmin sahələrdə çalışan və hazırda işsiz qalan əhalinin 190 manat aylıq ödənişi iyun ayında da alması məsələsi gündəmə gəlir.
 
İyun ayında 190 manat verilə bilərmi? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, tam olaraq, 190 manatın ödənişi başa çatıb: "Ola bilər ki, bir neçə nəfərdə əlaqə nömrələrini yanlış qeyd etdiklərinə görə və ya işsiz kimi qeydiyyatdan keçdikləri dövrdə qeyd etdikləri telefon nömrəsini hazırda işlətmədiyinə görə banklar onlarla əlaqə saxlaya bilmir. Onu da məşğulluq xidməti mərkəzləri həmin vətəndaşları proaktiv qaydada məlumatlandırırlar, o vəsaitin hansı bank tərəfindən ödənilməsi barədə məlumat verirlər. Onlar da gedib həmin bankdan vəsaitlərini götürürlər. Bu da çox az sayda olan vətəndaşlarla bağlı baş verir”.
 
190 manat ödənişlə bağlı şikayətlərin araşdırılmasına gəlincə, F.Talıblı bildirdi ki, həmin ərizələr müraciət etdikləri tarixə uyğun olaraq araşdırılır: "Hələ ki indiyə qədər nazirlik tərəfindən birdəfəlik ödəmə verilən vətəndaşlarla bağlı heç bir yanlışlıq olmayıb, vətəndaşlar da cavab məktubları ilə tam razılaşırlar”.
 
İyun ayında işləməyən vətəndaşlara 190 manatın verilməsinin davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran nazirlik rəsmisi bildirdi ki, bu tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər  Kabinetinin təsdiq etdiyi qərara uyğun olaraq icra olundu: "O dövrdə bu ödəniş aprel və may ayları ilə bağlı nəzərdə tutulurdu, o zaman əmək bazarı ilə bağlı ciddi qadağalar var idi. Vətəndaşlar yenidən əmək bazarına qayıdıblar. Amma təbii ki, hökumət əgər belə bir qərar verərsə, nazirlik də bunu icra edəcək. Nazirlər Kabineti qərar  verir, biz isə icraçı təşkilatıq”. "Yeni Müsavat”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol