• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "polislərə gül paylam"a aksiyasının müəllifi danışdı

Bakıda "polislərə gül paylam"a aksiyasının müəllifi danışdı
15.06.2020 11:10

İyunun 13-də İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə gərgin karantin rejimində fəaliyyət göstərən polis və həkimlərə dəstək fləşmobu keçirilib. Təşkilatın üzvləri xidmət başında olan polis və həkimlərə yaxınlaşıb, onlara gül təqdim ediblər.
 
Bu ideyanın müəllifi olan  İSBAM sədri Samir Adıgözəlli  bildirib  ki, belə bir ideyanı hər kəs reallaşdıra bilərdi.
 
"Bunun üçün xüsusi bir təşkilatçılığa və maliyyəyə ehtiyac duyulmurdu. Biz bir neçə ay ərzində davam edən sərt karantin günlərində görürük ki, daha çox əziyyət çəkən həkimlər və polislərdir. Xüsusilə də son günlər polislərin ünvanına səslənən lazımsız fikirlər bizi belə bir fləşmobu keçirməyə vadar etdi. Təşkilatımızın bir neçə üzvü ilə xidmət başında olan polislərə və həkimlərə yaxınlaşıb onlara gül təqdim etdik. Bunu özümüzə bir mənəvi borc bildik. Hiss etdik ki, onlar bu diqqətdən olduqca məmnun qaldılar”, -  o, bildirib. 
 
Adıgözəllinin  həmçinin söyləyib ki,  bu aksiya  reklam edilmək məqsədi daşımayıb . "Həmin aksiyanı İSBAM keçirib və burada hər hansı məqsəd güdməyib. Yeganə istəyimiz o olub ki, bizim əziyyətimizi çəkən insanları xırda bir jestlə yad edək, onlara dəstəyimizi nümayiş etdirək. Mən başqa qurumları da əziyyətli işdə çalışan peşə sahiblərinə hansısa formada dəstəyə dəvət edirəm”, - deyə o söyləyib. 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol