• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda həkimlər ağlaya-ağlaya danışır: "Dözə bilmirik, cavan adamlar gözümüzün önündə ölür" - VİDEO

Bakıda həkimlər ağlaya-ağlaya danışır: "Dözə bilmirik, cavan adamlar gözümüzün önündə ölür" - VİDEO
24.06.2020 15:43
Burada gücü tükənən, həyatın ölüm adlı həqiqəti ilə mübarizə aparan tək xəstələr deyil, həm də ağ xalatlı həkimlərdir: "Biz özümüz də bilmirik kimlə mübarizə aparırıq. Kəsilmiş damar deyil ki, bağlayasan, sınıq deyil ki, gips qoyasan. Bilmirik xəstənin üstünə gedəndə nə edəcəyik”.

Bu insanların eynək arxasından çox çətinliklə sezilən bir cüt gözlərinə baxdıqca, orada çağlayan ümidi, sevinci, qəmi - yaşadığı bütün hissləri gördükdən sonra tam anlamı ilə dərk edirsən və başa düşürsən ki, "görünməyən" qəhrəmanlar hansı çətin vəziyyətlərlə üz-üzə dayanıb: "Biz dözə bilmirik, cavan-cavan adamlar gözlərimiz önündə dünyasını dəyişir”.

İnfeksiyanın yenicə yayıldığı zamanlarda xarici ölkələrdə çalışan həkimlərin göz yaşlarına sosial şəbəkələrdə rastlaşdıqca, bəşər aləminin bu ağır imtahanına üzülürdük. Və onu da dərk edirdik ki, bu dəfə ellə gələn bəla toy-bayram olmayacaq.Dünyanı bürüyən bu acı bəlanı çox gözləmək lazım gəlmədi. Dövlət olaraq qəfil yaxalansaq da, qısa müddətdə bütün imkanlarımızı səfərbər edə bildik. Qonşularımızda tüğyan edən gözəgörünməz düşmənin gəlişini gözləmədən hər cür hazırlıq tədbirləri görüldü. Lakin nə fayda? COVİD-19 görünməzliyindən aldığı gücü ilə özünü göstərirdi. Evdə qalan, ailəsini və yaxınlarını düşünən, tələb və tövsiyələrə əməl edən insanların sayəsində infeksiyanı dəf etməyə hazırlaşırdıq ki, yenidən artan gündəlik yoluxma faktları vəziyyətin heç də sadə olmadığını göstərdi.

Bəli, "koronavirus boş şeydir” deyən insanlar uzun müddətdir öz övladlarından uzaq düşən ananın bu qədər stress içində keçirdiyi hisslərdən əlbəttə ki, xəbərsizdir. Alınlarının təri göz yaşlarına qarışan bu həkimlər isə ölümün bu qədər çətin və amansız olacağına tab gətirə bilmirlər. Onların, sadəcə, bir arzusu var: mübarizədən alnı açıq çıxmaq.

Bu həkimlərin gözləri o vaxt güləcək ki, onlar döyüş meydanından qalib ayrılacaqlar. Neçə illərdir andlarına sadiq qalan, şəfa verdikləri xəstələri öz doğmaları sayan bu insanlar indi ölümün gözünə dik baxırlar. "Koronavirus yoxdur. Bu, sadəcə, bir oyundur" demək bəlkə də onlar üçün o zaman asan olardı ki, savaşın iştirakçısı yox, izləyicisi olsunlar.

Gecəsini gündüzünə qatan, qoruyucu geyimdə nə az-nə çox - düz 8 saat yemək yemədən, su içmədən mübarizə aparan tibb işçiləri insanlardan özlərini qorumağı xahiş edirlər.

Hər gün reanimasiyada ağır xəstələrlə çalışan, özü də COVİD-19-a yoluxaraq sağalan Kəmalə həkim APA TV vasitəsilə digər həmkarlarına səslənir, onların köməyinə ehtiyacları olduğunu bildirir: "Mən özüm də COVİD-19-a yoluxdum. Xəstə ola-ola insanlara yardım edirdim. İxtisaslı reanimatoloq həkimlərə ehtiyacımız var. Gücümüz tükənib. Həkimlərdən xahiş edirik ki, bizə kömək etsinlər”.

Bu kadrlar "Yeni klinika”da keçirdiyimiz bir saat ərzində gözlərimiz önündə canlanan hadisələrin sadəcə kiçik bir hissəsidir. Çalışdıq ki, görünməyən qəhrəmanların yaşadıqlarını və arzularını bir neçə kadrlıq da olsa, sizin gözləriniz önündə canlandıraq. Burada qalib olmaq üçün həkimlərin, sadəcə, bir ümidi və gözləntisi var: insanlar özlərini qoruyacaq və nəticədə bütün palatalar boş qalacaq, onlar da bu havasız geyimlərdən azad olub, sağlam və alnıaçıqşəkildə öz doğmalarına qovuşacaqlar.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol