Abşeronda maşından 4000 manatdan çox pul oğurlandı- SAXLANILANLAR VAR

Abşeronda avtomobildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisində "Hyundai” markalı avtomobildən 4050 manat oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri S.Nuruşov, əvvəllər məhkum olunmuşlar - R.Quliyev və A.Dərvişov saxlanılıblar.
www.anews.az
Son xəbərlər 
Daha çox 























