• $
  • €
  • ₽
  • ₺
  • £

Baş redaktor təhqir olundu, "Bandotdel"ə müraciət etdi – TƏFƏRRÜAT

Baş redaktor təhqir olundu, "Bandotdel"ə müraciət etdi – TƏFƏRRÜAT
01.07.2020 21:11
"Sosial şəbəkədə yazdığım statusun altında Azər Hacıyev adlı şəxs məni ailə üzvlərimlə bağlı təhqir etməyə başladı, guya mənim nigahdankənar övladım var. Mən də öyrəndim ki, həmin bu profil, Məlahət Qurbanovanın köməkçisi Toğrul Allahverdilinin mobil nömrəsi ilə qeydiyyatdan keçib. Buna görə də mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim və idarəyə gedərək şikayətimi yazdım".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Criminal.az saytının təsisçisi və baş redaktoru Anar Məmmədov deyib. O bildirib ki, bir neçə ay əvvəl rəhbəri olduğu saytda yazdığı yazıya görə "Lombard №1”in sahibi Məlahət Qurbanova onu məhkəməyə verib:
"Mən bir neçə ay öncə rəhbəri olduğum saytda "Lombard №1”in sahibi Məlahət Qurbanova ilə keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun məhkəmə çəkişməsi barədə yazı yazmışdım. Yazını yazmaqda məqsəd keçmiş nazirin məhkəmədə tərəf olması idi. Sonradan məlum oldu ki, tərəflərdən biri olan Məlahət Qurbanova lombard sahibidir. Mən də xəbərin başlığını "Lombard Məlahətlə keçmiş nazirin çəkişməsi” kimi verdim. Bundan sonra Məlahət Qurbanova xüsusi ittiham qaydasında  məni məhkəməyə verdi. Eyni zamanda şərəf və ləyaqətinin alçaldılması ilə bağlı başqa bir iddia da qaldırdı və Heydər Əliyev Fonduna köçürülməsi üçün məndən 100 min azn tələb etdi. Bir neçə ay davam edən proseslərdən sonra iyun ayının 16-da məhkəmə mənimlə bağlı qərar verdi. Xüsusi ittihamla bağlı qərar bu oldu ki, mən 1 il müddətinə islah işlərinə cəlb olunuram və əməkhaqqımın 20 faizi dövlət hesabına köçürülür. Məhkəmə 100 min manatın tələb olunduğu mülki iddianı isə qismən təmin etdi və məni 200 manat məbləğində cərimələdi”.
Anar Məmmədovun sözlərinə görə, onun sosial şəbəkədə təhqir olunması isə sözügedən məhkəmə prosesinin başa çatmasından bir gün sonra yaşanıb:
"Məhkəmə hökmündən bir gün sonra, sosial şəbəkədə həmin proseslə bağlı yazdığım statusun altında Azər Hacıyev adlı şəxs məni ailə üzvlərimlə bağlı təhqir etməyə başladı, guya mənim nigahdankənar övladım var. Mən də öyrəndim ki, həmin bu profil, Məlahət Qurbanovanın köməkçisi Toğrul Allahverdilinin mobil nömrəsi ilə qeydiyyatdan keçib. Buna görə də mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim və idarəyə gedərək şikayətimi yazdım. Əlimdə olan məlumatları onlara təqdim etdim. Dünən də həmin idarədə Toğrul Allahverdili ilə üzləşdim. "Bandotdel”in araşdırması nəticəsində məlum oldu ki, həqiqətən də o profil T. Allahverdilinin mobil nömrəsi ilə qeydiyyatdan keçirilib. T. Allahverdili orada işi araşdıran polis əməkdaşına bildirdi ki, "mən Məlahət Qurbanova üçün bir neçə profil açmışam və onların parolunu da özünə vermişəm, ola bilsin ki, o, profilin adını dəyişib Azər Hacıyev edib və Anarı təhqir edib”. Yəni, işi atdı Məlahət Qurbanovanın üstünə”.
Məsələ ilə bağlı Toğrul Allaverdili ilə əlaqə saxladıq. O, özünün və Məlahət Qurbanovanın bu barədə danışmaq istəmədiklərini bildirdi.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol