Kürdəmirdə avtomobil traktorla toqquşdu: Bir nəfər yaralandı

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 28 yaşlı Şamilov Qismət Sarıbala oğlunun idarə etdiyi VAZ-2112 markalı avtomobil əks istiqamətdə hərəkətdə olan, 23 yaşlı Səlimov Niyaməddin Şahid oğlunun idarə etdiyi qoşqulu traktorla toqquşub.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























