• $
  • €
  • ₽
  • ₺
  • £

Pediatrdan TƏBİB-in AzTV əməkdaşı ilə bağlı açıqlamasına REAKSİYA - "Aparatdan ayrılıb və səsini yazıb?"

Pediatrdan TƏBİB-in AzTV əməkdaşı ilə bağlı açıqlamasına REAKSİYA - "Aparatdan ayrılıb və səsini yazıb?"
02.07.2020 16:32
"Bu yazıq insan üçün deyirsiniz ağır halda yerləşdirilib. İVL aparatına qoşulmuş olanda səs yazıb, yoxsa arada aparatdan ayrılıb və səsini yazıb? Heç olmasa araşdırmanız bir az uzun çəkəydi. Biz də unudardıq. Heyiflər olsun... Çox-çox heyiflər...".

Yeniavaz.com xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə sosial şəbəkədə AzTV-nin koronavirusdan ölən əməkdaşı Samir Nemətzadənin yayılan səs yazı barədə verilən rəsmi açıqlamaya münasibət bildirərkən deyib.  

Həkim eyni zamada Agciyər Xəstəlikləri İnstitutunda tibbi qoruyucu vasitələrin yox dərəcəsində olduğunu vurğulayıb: 

"Təbibin mətbuat katibi Rəvanə xanım, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız? Bu nə açıqlamadır. Bunu deməkdənsə susun, biz də dərdimizi çəkək.
 
İnfarkt olma həddinə gəlmişik. O gün də oxuyuram açıqlama verib ki, Agciyər Xəstəlikləri İnstitutunda yoluxma kütləvi deyil. Siz hələ ora verdiyiniz tibbi qoruyucu vasitələrdən danışın, hansı ki, epidemiya başlayandan yox dərəcəsində olub. Orta - kiçik tibb işçiləri həmişə bu barədə iradını bildirib. Epidemiya pik həddə çatanda artıq oradan vərəm xəstələri ayrıldı”. 

Qeyd edək ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ötən gün AzTV-nin koronavirusdan ölən əməkdaşı Samir Nemətzadənin səs yazısı barədə açıqlama verib. Açıqlamada qeyd olunub ki, xəstəxanaya daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya ("buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı olub. Dərhal reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol