• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu yay quraqlıq gözlənilirmi?

Azərbaycanda bu yay quraqlıq gözlənilirmi?
03.07.2020 11:55
Su çatışmazlığı problemi ilə bağlı aparılan diskussiyalara mütəxəssis rəylərinin verilməsi və mövcud durumun real təhlili günün aktual mövzusuna çevrilib. 
Anews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva da bununla bağlı jurnalistlərin suallarını cavablandırıb:

- Kənd təsərrüfatı istehsalının artması quraqlığa səbəb ola bilərmi?

- Quraqlıq təbii proses olduğuna görə, əksinə, quraqlıq kənd təsərrüfatına təsir göstərə bilər. Təbii ki, suya təlabat ilbəil artsa da, bu amil bu il  yaranmış su çatışmazlığının səbəbi deyil.

Əsas səbəbi təbii meteoroloji hadisə olan quraqlıqla bağlıdır. Belə proseslər çox güman ki, gələcəkdə də təkrar oluna bilər. Və bunu nəzərə alaraq,  bizim məqsədimiz belə proseslərin mənfi təsirlərini mümkün qədər azaltmaq olmalıdır.

Bu istiqamətdə bütün səylər birləşməlidir. Bu həm aidiyyəti olan təşkilatların, yerli icra orqanlarının, həm bələdiyyələrin gündəmində əsas məqsədlərdən olmalı, su itkilərinin qarşısı alınmalı, qənaətlə istifadə təmin edilməlidir.   

Bu ilin may ayında düşən yağıntının miqdarı çoxillik normadan orta hesabla 2 dəfə az olubsa, iyun ayında 4 dəfəyədək az olub, aran rayonlarında normanın cəmi 11-28 faizini, Qazax-Gəncə bölgəsində və Lənkəran-Astara zonasında normanın 19 faizini, Balakən-Şəki bölgəsində isə 26 faizini təşkil edib.  Bu da quraqlığı səciyyələndirən əsas amillərdəndir.

- Quraqlıq proqnozlaşdırılıbmı?

- Hər il qarölçmə işləri bitdikdən sonra aprel, may və iyun ayları üçün hidroloji proqnoz hazırlanır. Kompleks təhlillərə əsasən həmin dövr üçün Kür çayından daxil olan suyun  (Şəmkir su anbarına) çoxillik normadan 40 faizədək az olacağı, Qanıx çayında isə (Mingəçevir su anbarına) 35 faiz normadan az olacağı proqnozu verilib. Faktiki olaraq isə sululuq normadan 33-53 faiz arasında az olub. Buna görə də faktiki müşahidə olunan sululuq bu ilin  aprel, may, iyun ayları üçün verilən hidroloji proqnoza yaxın olub. Bir sözlə, bu ilin azsulu keçməsi gözlənilirdi.
Bundan əlavə, ongünlük və gündəlik hidroloji məlumatlarda çaylarda sululuğun normadan az olacağı və çaylarda aşağı sululuğun davam edəcəyi də proqnozlaşdırılıb. Hazırda müşahidə olunan vəziyyət, gözlənilən az sululuğun nəticəsidir.
Keçmişdə də ayrı-ayrı illərdə müxtəlif dərəcəli quraqlıq qeydə alınıb.  Ölkəmizdə 2000, 2001 və 2014-cü illərdə baş vermiş güclü quraqlıq da çayların sululuğuna mənfi təsirini göstərmişdi.  

Bildirək ki, iqlim dəyişmələri son zamanlar özünü daha uzunmüddətli quraqlıq dövrləri ilə göstərir. Belə ki, Kür çayının sululuğu son 8 ildə normadan az olub, lakin bu il proses daha qabarıq hal alıb.

Onu da qeyd edək ki, müşahidə olunan su çatışmazlığının əsas səbəbi təbii quraqlıq olsa da, təbii səbəblərlə yanaşı antopogen təsirlərin də olduğunu müşahidə edirik.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol