• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar Nyu Yorkda Ermənistan konsulluğu önündə etiraz aksiyası edib- FOTOLAR

Azərbaycanlılar Nyu Yorkda Ermənistan konsulluğu önündə etiraz aksiyası edib- FOTOLAR
25.07.2020 11:54
İyulun 24-də ABŞ-ın Nyu York şəhərində Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.

Anews.az xəbər verir ki, Azərbaycan–Nyu York Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən ilk aksiya Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi önündə baş tutub. Etiraz aksiyasında 150 nəfərə yaxın soydaşımız iştirak edib. Onların arasında Amerikanın Nyu Cersi, Pensilvaniya, Massaçusets və Virciniya ştatlarından gələn azərbaycanlılar olub.

Aksiya Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla anılması, Azərbaycanın dövlət himnini səsləndirməsi ilə başlayıb. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının dalğalandığı aksiyada "Ermənistanın təcavüzkar siyasətinə son!”, "Qarabağ Azərbaycandır!”, "Ermənistan, rədd ol Azərbaycandan!!”, Ermənilər siz soyqırımda günahkarsız", "Ermənilər körpələrin qatilləridir!", "Ermənistan terrorçudur!", "Qarabağ bizimdir, bizim olacaq!" və sair şüarlar, "Qarabağ!", "Azərbaycan!" və "Azərbaycan-Türkiyə!" kəlmələri davamlı olaraq səsləndirilib.

Sonra azərbaycanlı icmasının üzvləri yürüş edərək növbəti etiraz aksiyasını Ermənistanın Nyu Yorkdakı konsulluğu qarşısında davam etdiriblər.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol