• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın vəhşilikləri Argentina telekanalında gündəmə gətirilib - VİDEO

Ermənistanın vəhşilikləri Argentina telekanalında gündəmə gətirilib - VİDEO
13.08.2020 13:27
Argentinanın LVC telekanalı Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı və təcavüzkar siyasətdən bəhs edib.

anews.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Azərbaycanlı icmanın üzvü Mahir Qurbanov telekanala müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın havadarlarının köməyilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və etnik təmizləməyə məruz qoyması barədə ətraflı məlumat verib.

Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazilərinin dinc yolla işğaldan azad edilməsini tələb etdiyinə diqqəti cəlb edən soydaşımız faşist mahiyyətli Ermənistan dövlətinin BMT-nin və nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair qətnamələrinə və qərarlarına məhəl qoymadığını, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu uzun illərdir işğal altında saxladığını, qeyri-qanuni olaraq məskunlaşdırdığını bildirib.

Müsahibə zamanı Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz rayonu istiqamətindəki dövlət sərhəddinə xaincəsinə hücuma keçməyə cəhd etməsi, sərhədyanı hərbi obyektlərə və yaşayış məntəqələrinə artilleriya zərbələri endirməsi nəticəsində azərbaycanlı hərbçilərin və dinc sakinin həlak olduğu, 10-larla evin dağıldığı bildirilib. Azərbaycan ordusunun cavab tədbirləri ilə düşmənin məkrli planlarının qarşısını aldığı və geri çəkilməyə məcbur etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan xalqı dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və Cənubi Qafqaz bölgəsində ədalətli sülhün bərqərar olması naminə qətiyyətli addımlar atılmasını tələb edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol