Bu məktəblər sabahdan istifadəyə verilir - Siyahı

2020-2021-ci tədris ilinin ilk günündə istifadəyə veriləcək məktəblərin siyahısı açıqlanıb. Bura Bakı şəhərində və digər şəhər və rayonlarda yeni inşa olunmuş 8 məktəb daxildir.
Anews.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Həmçinin beş gimnaziya və məktəb əsaslı təmir olunub, bu tədris ilindən etibarən şagirdlərin istifadəsinə veriləcək.



www.anews.az
























