• $
  • €
  • ₽
  • ₺
  • £

Məmur övladlarının milyonluq maşın kolleksiyası - FOTOLAR

Məmur övladlarının milyonluq maşın kolleksiyası - FOTOLAR
26.09.2020 15:18
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yerli və mərkəzi icra hakimiyyətlərində keçirdiyi xüsusi əməliyyatlardan sonra yüksək vəzifəli şəxslərin dəyəri milyonlarla ölçülən sərvəti hansı yollarla qazandığı tam çılpaqlığı ilə məlum oldu. Cəmiyyət əməliyyat çəkilişləri vasitəsilə əyanı şəkildə gördü ki, icra başçıları və digər yüksək vəzifəli şəxslər rüşvət və korrupsiyadan əldə etdikləri vəsaitlərlə oliqarxa çevriliblər. Ona görə də cəmiyyət DTX-nın anti-korrupsiya tədbirləri çərçivəsində keçirdiyi bu əməliyyatları yüksək qiymətləndirməklə yanaşı "qara maskalı qardaş”a yeni ünvanlar göstərməyə başladı.


Prezident İlham Əliyevin DTX-nın xüsusi əməliyyatları çərçivəsində həyata keçirilən məmur həbsləri barədə danışarkən prosesin davamlı olacağını, heç kimə güzəşt edilməyəcəyini qəti şəkildə bildirməsi cəmiyyəti daha da ümidləndirdi. Sosial şəbəkələrdə ayrı-ayrı məmurların, onların övladlarının bahalı avtomobillərinin, dəbdəbəli villalarının, obyektlərinin fotoları yayılmağa başlandı. 

YeniSabah xəbər verir ki, bu günlərdə daha bir məmurun övladlarının bahalı avtomobil kolleksiyasından fotolar yayılıb. Həmin məmur Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovdur.


Blogger Həbib Müntəzirin yazdığına görə, İlham Məmmədovun övladları Kənan və Nicatın avtomobil kolleksiyasına dövlət nömrə nişanı 90LV800, 90HL333, 90OV800, 90OR800, 99GE080 olan  "Range Rover”, "Mercedec AMG S65”, "Mercedec S500”, "Toyota Camry” kimi bahalı maşınlar daxildir. "Nömrələrdən və "İnstagram” hesablarından görünür ki, ən çox sevdikləri rəqəm 800 rəqəmidir. Mən onların avtomobillərini bir fotoya güclə sığdırdım, hələ bəziləri qaldı, şərhə ataram”,- deyə blogger qeyd edib.


Bərdə rayonu ən çox narazılığın olduğu bölgələrdən hesab edilir. Yerli icra hakimiyyətlərin əməliyyatlar başlayanda sosial şəbəkələrdə DTX əməkdaşlarının Bərdəyə də "qonaq” gedə biləcəkləri barədə məlumatlar yayılmışdı.
















































www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol