• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Polisindən təhlükəsizlik tədbirləri ilə bağlı AÇIQLAMA-VİDEO

Bakı Polisindən təhlükəsizlik tədbirləri ilə bağlı AÇIQLAMA-VİDEO
24.10.2020 17:21
Ətrafda şübhəli əşya gördükdə, qətiyyən ona yanaşmaq, toxunmaq olmaz. Birmənalı olaraq bu barədə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Araz FM radiosunda çıxışı zamanı deyib. 

O bildirib ki, Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi ilə yanaşı ərazidə xidmət aparan polis əməkdaşlarına da bu barədə məlumat verilməsi vacibdir:

"Bu hər birimizin təhlükəsizliyinin təmin edilməsi üçün önəmli məsələlərdən biridir. Hər kəs mövcud vəziyyətlə əlaqədar daha həssas olmalı və qaydalara riayət etməlidir. Cəmiyyət olaraq üzərimizə düşən məsuliyyəti anlamalıyıq. Hərbi vəziyyət rejimi ilə əlaqədar komendant postlarında yoxlama zamanı müvafiq sənədlər polis əməkdaşlarına təqdim olunmalıdır. Hərəkətinə icazə verilməyən şəxslər hərəkətdən kənarlaşdırılır və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bu ümumilli məsələdir. Qarabağ Azərbaycandır. 

Qarabağın işğaldan tamamilə azad olunması üçün hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən gəlməliyik və gələcəyik. Yalnız ictimai həyatda deyil, sosial şəbəkələrdən istifadə zamanı da məsuliyyətli olmaq lazımdır. Belə ki, bizə aid olmayan, mənbəyi məlum olmayan informasiyaları sosial şəbəkələrdə paylaşılmamalıdır. Rəsmi məlumatlar üçün yalnız Azərbaycan Respublikasının Dövlət orqanlarına istinad edilməlidir. Hər bir vətəndaş bilməlidir ki, yanlız dövlət orqanları tərəfindən yayılan informasiyalar etibarlıdır”,-deyə Elşad Hacıyev çıxışı zamanı bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol