• $
  • €
  • ₽
  • ₺
  • £

Lerikin Günəşli kənd sakinləri 22 ildir qəzalı evlərdə yaşayır - FOTOLAR

Lerikin Günəşli kənd sakinləri 22 ildir qəzalı evlərdə yaşayır - FOTOLAR
21.01.2021 17:31
1998-ci ildə Lerik rayonunda 6 bal gücündə zəlzələ baş verib. Həmin zəlzələ zamanı Günəşli kəndində bir neçə ev dağıntılara məruz qalıb. Onlardan biri də kənd sakini Aydın Məmmədova məxsusdur.

 
"Zəlzələdən sonra Qızıl Xaç Komitəsinin əməkdaşları Lerikə gəldi. Günəşlidə evi dağılmış 4 ailəyə ev tikdilər. Bizə də dedilər ki, atanız sizə yaxşı ev tikməyib. Göy palatka, 6 kisə sement, 20 "şirvan” pul verib getdilər. Mən bu sement ilə, bu pul ilə necə evimi təmir edə bilərdim axı? Heç bir hissəsinə yetmədi. Öz gücümə evimizi illərdir ayaqda saxlayıram. Daha imkanım çatmır. Fövqaladə Hallar Nazirliyinə yazmışam. Cavab gəlməyib. Yerli İcra hakimiyyəti isə bunun üçün vəsait ayrılmadığını yazıb. O vaxt mənim adımı siyahıya götürənlər sonradan adımı çıxarıb başqasının adını yazıb. O vaxt komputer də yox idi ki, sübut edim ki, vallah adım siyahıda var idi”, - deyə zərər çəkən Aydın Məmmədov bildirib.
 



 
Lerik Azərbaycanın ən ucqar dağ rayonlarından biridir. Aydın Məmmədovun yaşadığı Günəşli kəndində  qaz yoxdur, wifi yoxdur, yollar asfaltsızıdır, işıqlar isə hər külək əsəndə sönür.
 
Aydın Məmmədov icra orqanlarından öz kəndində rahat yaşaması üçün şərait qurmasını tələb edir.

" Əlil, pensiya almayan bir kişi belə şəraitdə necə yaşasın axı? Odun doğrayanda qəza oldu, qolumu kəsdim. Nə qədər xəstəxanada yatmışam. İndi xəstaxanadan bir arayış ala bilmirəm ki, aparıb verim Sosial Müdafiə Nazirliyinə. Məni get-gələ salıblar.Bilirəm ki, rüşvət istəyirlər. Lerikə qaz çəkmək bu qədər çətin iş olmamalıdır məncə? Qaz ölkəsiyik, dünyaya satılan qazdan Lerikə də versinlər. Odun almağa pulum çatmır. Gedib meşədən odun gətirəndə cərimələyirlər. Pulla odun alırıq. Evimiz başımıza uçur, qazımız yox, internetimiz yox, işıq da tez-tez sönür. Dövlətdən kömək istəyirik, bizə kəndimizdə yaşamağa şərait yaratsınlar”, deyə kənd sakini bildirir.



 
 Hazırladı: Əminə Məmmədova
Fotolar müəllifindir

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol