• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşa şəhidinin son sözləri: “Tabutumu gözlə...” – VİDEO

Şuşa şəhidinin son sözləri: “Tabutumu gözlə...” – VİDEO
30.04.2021 22:04
Xızı rayonunun Fındığan kəndində Vətən müharibəsi şəhidi Kərim Qeyrətxan oğlu Əliyevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
Anews.az  "Report”a istinadən xəbər verir ki, şəhidin atası tərəfindən inşa edilən bulağın açılış mərasimində Vətən müharibəsi qaziləri, Kərimin əsgər yoldaşları, ictimaiyyət nümayəndələri, Fındığan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, şəhidin doğmaları və həmkəndliləri iştirak ediblər.
Bulağın istifadəyə verilməsi münasibəti ilə düzənlənən mərasimin açılışını Vətən müharibəsində hər iki gözünü itirmiş, qazi Kamran Baxışzadə edib.
Kərim Əliyev 2000-ci ildə Xızı rayonunun Fındığan kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra, təcrübəli snayper kimi Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Orduya yazılır.
Kərimin döyüş yolu Tərtərdən başlayıb. O, Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə böyük igidlik və qəhrəmanlıq göstərib. Kərim ona tapşırılan döyüş tapşırıqlarının öhdəsindən məharətlə gələrək Vətən qarşısındakı müqəddəs borcunu layiqincə yerinə yetirib.
Kərim ona verilən döyüş tapşırıqlarının icrası, düşmənin canlı qüvvəsinin, hərbi texnikalarının məhv edilməsi və Ordumuzun uğurlu əks-hücum həmlələri ilə işğaldan azad etdiyi ərazilər barədə 1-ci Qarabağ müharibəsi iştirakçısı olan atasına da məlumat verirmiş. Qeyrətxanın qeyrətli oğlu atası ilə son danışığında bunları deyib:
"Ata, narahat olma, mən sənin əsərinəm, sənin döyüş yolunla gedirəm, sənin düşmənə qarşı gözlərindəki nifrətlə, ürəyimdə Vətənə olan sevginlə, qollarımda isə sənin qüvvətinlə düşmənin üzərinə gedirəm. Şəhid olsam üzülmə. Evi təmir elə və tabutumu qarşılamağa hazırlaş".
Vətənin azadlığı uğrunda bu günə qədər şəhid olan igidlərin, qanı axıdılan qazilərin, günahsız, əliyalın insanların, təhqir olunmuş qadınların qisasını almaq və atasının yarım qalan işini tamamlamaq onu Şuşa uğrunda döyüşlərdə iştirak etmək üçün könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşulmağa vadar edir.
Kərim Əliyev noyabrın 4-də Şuşa yaxınlığındakı Qırmızıbazar ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Kərim Əliyev "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol